Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-448.htm
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin əməkdaşları görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-metodik konfransda iştirak etmişlər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin əməkdaşları görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-metodik konfransda iştirak etmişlər
İctimaiyyətlə əlaqalər şöbəsi
Bu il Rossotrudniçestvo dünyanın bir sıra ölkələrində, o cümlədən MDB məkanında görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfranslar keçirir.

 

Baki şəhərində də MDPU və Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə belə bir konfrans gerçəkləşmişdir. Qeyd edək ki, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin əməkdaşları–Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, həmin kafedranın dosenti Tamella Ağayeva, psixologya üzrə fəlsəfə doktoru Səbinə Aslanova, Ümumi psixologiya kafedrasının gənc və istedadlı müəllimi Gülər Məmmədova, dosent Lamiyə Qurbanova, Yaş və pedaqoji psixologiya kafedrasının baş müəllimi, psixologya üzrə fəlsəfə doktoru Qəribə Rəhimova konfransın işində yaxından iştirak etmişlər .Konfrans 26-27 okytabr tarixlərində öz işini davam etdirmiş, əməkdaşlarımıza sertifikatlar təqdim olunmuşdur.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft