Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-451.htm
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Korreksiyaedici təlim” ixtisasının tələbələri pedaqoji təcrübəni uğurla başa vurmuşlar
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Korreksiyaedici təlim” ixtisasının tələbələri pedaqoji təcrübəni uğurla başa vurmuşlar
İctimaiyyətlə əlaqalər şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Korreksiyaedici təlim” ixtisasının IV tədris ili tələbələri 2016-2017-ci tədris ilində təşkil olunan pedaqoji təcrübələrini uğurla başa vurmuşlar.

 

Qeyd edək ki, bu pedaqoji təcrübə ötən illərdə keçirilən pedaqoji təcrübələrdən fərqlənmişdir. Belə ki, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin  dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq tələbələr pedaqoji təcrübələrini Bakı şəhərinin müxtəlif uşaq inkişaf mərkəzlərində keçirmişlər. Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova pedaqoji təcrübənin təşkilində yaxından iştirak etmişdir. Pedaqoji təcrübə tələbələrin böyük sevincinə və həvəslə işləmələrinə stimul vermişdir. Məlumat üçün bildirək ki, pedaqoji təcrübə aşağıdakı mərkəzlərdə həyata keçirilmişdir:

  1. Psixoqamma Psixoloji Mərkəzi;
  2. Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi;
  3. Elit Autizm Mərkəzi;
  4. Daun Assosiasiyası;
  5. Serebral İflicli Uşaqların Reabilitasiya Mərkəzi;
  6. Psixonevroloji Mərkəz.

Onu da qeyd edək ki, tələbələrimizin pedaqoji təcrübə keçdikləri 6 mərkəzdən 4-ü onların fəaliyyətini müşahidə edərək bir neçə tələbəmizi həmin mərkəzlərlə rəsmi ştat əsasında əməkdaşlıq etməyə dəvət etmişdir. Pedaqoji təcrübə müddətində kafedra əməkdaşları fəal iştirak etmişlər. Mərkəzlərin əməkdaşlarına göstərdikləri isti münasibətə görə tələbələr və öz adımızdan təşəkkür edirik.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft