Bu gün: 26 İyun 2017, Bazar ertəsi
Şəkidə akademik, Əməkdar elm xadimi Məcid Rəsulovun 100 illik yubileyi qeyd olunub
Şəkidə akademik, Əməkdar elm xadimi Məcid Rəsulovun 100 illik yubileyi qeyd olunub
İctimaiyyətlə əlaqalər şöbəsi
Dünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun 100 illik yubileyi oktyabr ayının 28-də onun doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub. Qeyd edək ki, yubiley tədbiri Təhsil Nazirliyi (TN), AMEA, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə tanınmış elm xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, o cümlədən ADPU-nun Şəki Filialının professor-müəllim heyəti iştirak ediblər.

 

Yubiley tədbirinin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəki şəhərində, Məcid Rəsulovun adını daşıyan küçənin girişində görkəmli alimin xatirə lövhəsinin açılışı olub. Mərasimdə çıxış edənlər XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən olan Məcid Rəsulovun Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərindən danışıblar.

Yubiley tədbiri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilib. Tədbiri Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik Məcid Rəsulovun 100 illik yubileyinin onun anadan olduğu Şəki şəhərində keçirilməsinin şəhərin elmi və ictimai həyatında əlamətdar hadisə olduğunu, Azərbaycanda elmin inkişafının  dövlətin daim diqqət mərkəzində dayandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi olaraq vurğulayıb və  bildirib ki, cəmiyyətin inkişafında elm xadimlərinin rolu böyükdür. Məhz bu baxımdan dövlətimiz tərəfindən elm adamlarına həmişə böyük diqqət və qayğı göstərilir, onların xatirəsi əziz tutulur. Elxan Usubov qeyd edib ki, ölkəmizin ən qədim və gözəl şəhərlərindən biri olan Şəki Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb, ölkəmizin elm və təhsil tarixinə böyük şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də akademik, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Məcid Rəsulovdur. 1916-cı il iyul ayının 6-da Şəkidə anadan olan Məcid Rəsulovun çox ağır uşaqlıq illəri, sürgün həyatı, müharibə fəlakəti onun elmə və təhsilə marağını dəyişə bilməyib. Çətin, lakin şərəfli həyat yolu keçən Məcid Rəsulovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, bir çox fəxri adlara layiq görülüb.

Mərasimdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Təhsil nazirinin müşaviri, AMEA-nın müxbir üzvü, riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, millət vəkili Yaqub Mahmudov, ADPU-nun Elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov və başqaları Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş görkəmli alimin elmi fəaliyyətindən bəhs ediblər. Tədbirdə çıxış edın natiqlər qeyd ediblər ki, 1960-cı ildən BDU-da Ümumi riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmağa başlayan Məcid Rəsulov 1964-cü ildə həmin kafedra əsasında Riyazi fizika tənlikləri kafedrasını yaradıb və ona rəhbərlik edib. Məcid Rəsulov xaricdə kitabı nəşr olunan ilk azərbaycanlı alim olub.  Alimin 1964-cü ildə Moskvada nəşr edilən “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası bütün SSRİ riyaziyyatçılarının stolüstü kitabı və ali məktəblərdə tədris edilən dərslik olub. 1967-ci ildə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub. Görkəmli riyaziyyatçının kitabı Hollandiya, ABŞ, Kanadada çap olunub və həmin ölkələrin ali məktəblərində indi də geniş istifadə edilir.

Sonra alimin həyat və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Məlumat üçün onu da qeyd edək ki, akademik Məcid Rəsulovun 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində oktyabrın 28-29-da ADPU-nun Şəki Filialında “Nəzəri və tətbiqi riyaziyyatın aktual problemləri” mövzusunda respublika elmi konfransı da keçirilib. Konfranda AMEA-nın Riyaziyyat İnstitutunun, BDU-nun, ADPU-nun  30-dan çox professoru və gənc tədqiqatçılar iştirak ediblər. 2 gün davam edən konfransda riyaziyyatın ayrı-ayrı problemləri üzrə 100-dək məruzə, o cümlədən BDU-nun, Riyaziyyat İnstitutunun, ADPU-nun  professor-müəllim heyətinin və gənc tədqiqatçılarının 50-dən çox məruzəsi dinlənilib.

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01747

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)