Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-1.htm
Fizika və texnologiya fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib
Fizika və texnologiya fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
30 dekabr 2016-cı il tarixdə Fizika və texnologiya fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov iştirak etmişdir.

 

İclası giriş sözü ilə açan fakültə dekanı, fizika-riyaziyyatr üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov Elmi Şura üzvlərini iclasın gündəliyi ilə tanış etmiş və səsvermə nəticəsində iclasın gündəliyi aşağıdakı kimi təsdiq edilmişdir:

  1. Fakültənin illik elmi hesabatı;
  2. Payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti;
  3. Pedaqoji təcrübələr və onların yekunu haqqında;
  4. Tədris-Metodika Şurasının fəaliyyəti haqqında;
  5. Cari məsələlər.

Birinci məsələ ilə əlaqədar dekan A.Daşdəmirov çıxış edərək  fakültədə aparılan elmi-tədqiqat işləri barədə məlumat vermiş, müəllimlərin və kafedraların reytinq balları haqqında təqdimatla  Elmi Şura üzvləirini tanış etmiş, sualları cavablandırmışdır.

Gündəlikdə dayanan məsələlərlə  əlaqədar dekan müavini, dosent S.Qurbanov, fakültənin pedaqoji təcrübə rəhbəri, dosent X.Padarov və fakültə Tədris-Metodika Şurasının sədri, dosent İ.İsmayılov çıxış etmiş və şura üzvlərinin suallarını cavablandırmışlar. Cari məsələlərə də baxaraq Elmi Şura öz işini sona çatdırmışdır.

Sonda  ADPU-nun rektoru, professor Cəfər Cəfərov fakültənin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft