Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-124.htm
ADPU-da "İT karyeranın inkişafı" mövzusunda seminar keçirilmişdir.
ADPU-da "İT karyeranın inkişafı" mövzusunda seminar keçirilmişdir.
ADPU “IKT Mərkəzi”
3 aprel 2017-ci il tarixdə ADPU-da universitetimizin “IKT Mərkəzi” və NRYT nazirliyinin “Elektron Hökumət Təlim Tədris Mərkəzi”nin təşkilatçığı ilə "İT karyeranın inkişafı" mövzusunda seminar keçirilmişdir. Görüşdə NRYT nazirliyinin “Elektron idarəetmə” şöbəsinin müdiri vəzifəsini icra edən, “Elektron Hökumət Təlim Tədris Mərkəzi”nin direktoru Rauf Cabbarov, NRYTN “Məlumat Hesablama Mərkəzi”nin mütəxəssisi Elvin Cəfərli, ADPU “IKT Mərkəzi”nin direktoru dos. Ilham Əhmədov, ADPU “ Tədris-metodika şöbəsi”nin müdir müavini dos. Ənvər İmanov , ADPU “Riyaziyyat-informatika” fakultəsinin tələbələri iştirak etmişlər.

 

ADPU “IKT Mərkəzi”nin direktoru dos. Ilham Əhmədov seminarı giriş sözü ilə açaraq, tədbirin məqsədini iştirakçıların diqqətinə çatdırdı. O, qeyd etdi ki, tədbirin məqsədi tələbələri “Elektron hökumət” həlləri ilə tanış etmək, onlara İT sahəsində karyera imkanları barədə məlumatlandırmaqdır. Dos. Ilham Əhmədov daha sonra Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı vəziyyətindən danışdı, gənclərin öz uğurlu gələcəyini qurması üçün İKT sahəsində biliklərinin fasiləsiz yüksəldilməsi zərurətini qeyd etdi. Daha sonra seminarda NRYT nazirliyinin “Elektron idarəetmə” şöbəsinin müdiri vəzifəsini icra edən, “Elektron Hökumət Təlim Tədris Mərkəzi”nin direktoru Rauf Cabbarovun təmsil etdiyi Təlim Tədris Mərkəzində təşkil edilən İT kursları barədə təqdimatı dinlənildi (“Elektron Hökumət Təlim Tədris Mərkəzi” haqqında ətraflı məlumat “e-treninq.az “ saytında verilib). Daha sonra NRYTN “Məlumat Hesablama Mərkəzi”nin mütəxəssisi Elvin Cəfərlinin Azərbaycanda “Elektron hökumət” portalının vəziyyəti, servis və funksional imkanları barədə təqdimatı dinlənildi. Hər iki təqdimat iştirakçıların böyük marağına səbəb oldu. Seminarda ADPU ilə “Elektron Hökumət Təlim Tədris Mərkəzi” arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin hazırlanması perspektivləri də müzakirə edildi. Seminarın sonunda ADPU “IKT Mərkəzi”nin direktoru dos. Ilham Əhmədov və ADPU “ Tədris-metodika şöbəsi”nin müdir müavini dos. Ənvər İmanov maraqlı təqdimatlar üçün qonaqlara minnətdarlıq etdilər. Tədbir haqqında bir sıra saytlar məlumat yayıblar (https://www.e-gov.az/az/news/read/522, http://ictnews.az/read-46918-news-1.html ) .

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft