Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-da professor-müəllim heyətinin seçimi başladı
ADPU-da professor-müəllim heyətinin seçimi başladı
İctimaiyyətlə əlaqələr şöbəsi
Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov fakültə dekanları ilə görüşüb. Görüşdə ADPU-nun İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev iştirak ediblər. Görüşdə ADPU-da kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsinin nəticələri müzakirə edilib.

 

ADPU-nun  rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu müsabiqənin keçirilməsi Azərbaycanın ali təhsil sistemində mütərəqqi bir yenilik, pedaqoji kadrların seçilməsinə fərqli yanaşmadır. Müsabiqənin keçirilməsi  barədə “Xalq qəzeti”nin, “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elan dərc edilib, həmçinin universitetin portalında və sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, dərin elmi biliyə, geniş dünyagörüşünə, zəngin erudisiyaya, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Müsabiqəyə 114 vakant yer çıxarılıb. Müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi aprelin 5-də başa çatıb.  Sənəd qəbulu dövründə 114 vakant yerə 500 sənəd qəbul edilib. Müsabiqəyə ADPU-dan  350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var.

Səmərəli və işgüzar şəraitdə keçən görüşdə çıxış edən İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov fakültələr üzrə sənəd qəbulu barədə konkret rəqəmlər əsasında məlumat verib. Bildirib ki, İnsan resursları şöbəsi tərəfindən Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya  fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var. Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq  fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var.  “Psixologiyanın əsasları” və “Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. A.Bayramov çıxışının sonunda sənəd verən şəxslərin müsabiqənin düzgün və qanun çərçivəsində keçiriləcəyinə inandıqlarını vurğulayıb.

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək müsabiqənin keçirilmə qaydaları, şərtləri,  fakültə dekanları və kafedra müdirləri, tədris-metodika şuralarının qarşısında dayanan vəzifələr barədə danışıb, müsabiqənin ədalətli və qanunauyğun keçirilməsi üçün fikir və təkliflərini irəli sürüb.

Görüşə yekun vuran rektor Cəfər Cəfərov fakültə dekanlarına müsabiqənin şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verərək qeyd edib ki, müsabiqənin şəffaf və obyektiv keçirilməsi universitetimizin nüfüzunun yüksəldilməsi işinin tərkib hissəsidir.

 

1 ... 146 147 148 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.00769

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)