Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-160.htm
Asəf Zeynallı adına Musiqi Kollecində görüş
Asəf Zeynallı adına Musiqi Kollecində görüş
İctimaiyyətlə əlaqələr şöbəsi
Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin professor-müəllim heyəti və tələbələri Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin rəhbərliyi, müəllim və tələbələri ilə görüşüblər.

 

Tədbirin əvvəlində fakültənin dekanı, dosent Laçın Həsənova çıxış edərək görüşün keçirilməsindən məmnun qaldığını bildirib və belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb. Sonra Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zenfira Abdullayeva və professor Minarə Dadaşova çıxış edərək fakültədə tədris edilən fənlər, o cümlədən “Musiqi müəllimliyi” ixtisası barədə kollecin tələbələrinə və müəllimlərinə məlumat veriblər. Kafedranın müəllimi, bəstəkar Nailə Mirməmmədli çıxışında qeyd edib ki, ADPU-da oxuduğu illəri çox yaxşı xatırlayır və məhz burada aldığı təhsil sayəsində o, mükəmməl bir musiqiçi kimi yetişə bilib. N.Mirməmmədli kollecin tələbələrini ADPU-da təhsillərini davam etdirməyə çağırıb. Sonra fakültənin “Musiqi müəllimliyi” ixtisasının tələbələri çıxış ediblər. Sonda kollecin direktoru, professor Nazim Kazımov, müavini Gülzar Hətəmzadə və müəllimlər tələbələrin ifasını yüksək qiymətləndirərək fakültənin professor-müəllim heyətinə təşəkkür ediblər.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft