Bu gün: 27 May 2017, Şənbə
ADPU-da görüş
ADPU-da görüş
İctimaiyyətlə əlaqələr şöbəsi
Aprelin 20-də tanınmış rusiyalı alim, ömürboyu təhsil sahəsində görkəmli mütəxəssis, iqtisadiyyat elmləri doktoru, professor Nina Litvinova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılovla görüşüb. Görüşdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, həmin kafedranın dosenti Tamilla Vahabova iştirak ediblər. Tədris işləri üzrə prorektor, professor M.Cəbrayılov qonağa universitetitin fəaliyyəti, tədris prosesi, son vaxtlar həyata keçirilən islahatlar haqqında məlumat verib.

 

Görüşdə ömürboyu təhsil, vətəndaş təhsili, peşə-ixtisas təhsili və əhalinin maarifləndirilməsi haqqında maraqlı fikir mübadiləsi aparılıb. Müasir dövrümüzdə ömürboyu təhsilin əhəmiyyəti, bu sahədə mövcud olan ideyalarının rəngarəngliyi, konsepsiyalar, forma, metod və texnologiyalar əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, ömürboyu təhsil vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşmasının mühüm şərtlərindən biridir. Ömürboyu təhsil şəxsiyyətin ümumbəşəri dəyərlərə dərindən yiyələnməsinə təkan verir, onun mədəni davranış və ünsiyyətinin səviyyəsini yüksəldir, ona fəaliyyətini müasir tələblərə uyğun qurmaqda kömək edir. Görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNECKO-nun ömürboyu təhsil sahəsində həyata keçirdiyi beynəlxalq layihələr, bu sahədə Rusiyanın təcrübəsi və eləcə də beynəlxalq təcrübə barədə maraqlı məlumatlar səsləndirilib. Görüşdə həmçinin ADPU ilə ömürboyu təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Sonda professor Nina Litvinova səmimi və qonaqpərvər münasibətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.

 

1 ... 160 161 162 ... 263

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.040068

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)