Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-162.htm
Filologiya fakültəsində açıq dərs
Filologiya fakültəsində açıq dərs
Filologiya fakültəsi
17.04.2017–ci il tarixində Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru İradə Kərimovanın Azərbaycan ədəbi dili tarixi fənnindən III kurs, 304-cü qrupundan “XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi dili” mövzusunda açıq dərsi keçirildi. Dərs fəal-interaktiv təlim prinsiplərinə əsasən reallaşdırıldı.

 

Beləki, dərs prosesində mövzu ilə əlaqədar hazırlanmış slayddan, tədqiqatın aparılması mərhələsi üçün nəzərdə tutulmuş iş vərəqlərindən, xüsusi müzakirə suallarından, yaradıcı tətbiqetmə mərhələsində isə iş üsulu kimi “Eyler-Venn” diaqramından, müzakirədən, dərsin sonuna yaxın qiymətləndirmə cədvəlindən istifadə olundu. Resurs olaraq markerdən, dərs kitabından, slayddan, cədvəllərdən istifadə edildi.

Dərsin tədqiqatın aparılması mərhələsində tələbələr üçün hazırlanmış qrup işləri maraqla qarşılandı. Beləki, tələbələr beş qrupa ayrıldı, hər qrupa ayrıca hazırlanmış suallara tələbələr dərsin mövzusuna uyğun konkret, dolğun cavablar hazırladılar. Məlumat mübadiləsi və müzakirəsi zamanı müəllimənin rəhbərliyi ilə tələbələr aktiv iştirak etdilər.

Açıq dərsdə kafedranın professor və müəllim heyəti, dekan müavini f.ü.e.d., dos. M.Hüseynov, Elm və innovasiya şöbəsinin mütəxəssisi Abbasova Almarə iştirak etdilər. Dərsdən sonar dərsin müzakirəsi zamanı müəllim heyəti dərsin maraqlı keçdiyini, fəal təlim texnologiyalarına cavab verdiyini xüsusilə, dərs zamanı tələbələrin iş prosesində aktiv iştirak etdiyini vurğuladılar. Dərsin uğurlu    keçməsinin səbəbi müəllim İradə Kərimovanın peşəkarlığının nəticəsi idi.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft