Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-165.htm
ADPU-nun Cəlilabad Filialında “İslam həmrəliyi radikalizmə “yox” deyir” mövzusunda seminar keçirilib
ADPU-nun Cəlilabad Filialında “İslam həmrəliyi radikalizmə “yox” deyir” mövzusunda seminar keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi radikalizmə “yox” deyir” mövzusunda seminar keçirilib. Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini Eyvaz Məmmədov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Cəlilabad RİH-in İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, filialın müəllim və tələbələri iştirak ediblər.

 

Seminarda radikalizm, separatizm və terrorizmin müsəlman dünyasına və bütövlükdə bəşəriyyətə yaratdığı təhlükə barədə ətraflı müzakirə aparılıb. Seminarda xüsusi olaraq bu qlobal problemə qarşı mübarizədə Azərbaycan dövlətinin rolu və ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi ön plana çəkilib. Seminarın sonunda ölkəmizdə radikal dini cərəyanların təsirinə düşərək ailəsinə, Vətəninə, dövlətinə xəyanət edən gənclər, onların qarşılaşdığı dəhşətli hadisələr və başqa bu kimi aktual problemlərdən bəhs edən “Fitnə” filmi nümayiş etdirilib.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft