Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində İngilis dili kafedrasının müəllimi Zülfiyyə Məmmədkərimovanın açıq dərsi
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində İngilis dili kafedrasının müəllimi Zülfiyyə Məmmədkərimovanın açıq dərsi
Qönçə Rəhimova, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tyutoru
Mayın 8-də Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimi Zülfiyyə Məmmədkərimovanın Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin 203-cü qrupunda tədris etdiyi İngilis dili fənni “Cultural Heritage of Azerbaijan Republic” (“Azərbaycan Respublikasının mədəni irsi”) mövzusuna həsr olunmuşdu.

 

Açıq dərsdə Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, tyutor Qönçə Rəhimova, İngilis dili kafedrasının müəllimləri Xəyalə Həmidova, Ülviyyə Ağamirova və 203-cü qrupun tələbələri iştirak edirdilər. Müəllim Zülfiyyə Məmmədkərimova tələbələri və iştirakçıları salamlayaraq keçiriləcək dərs barədə qısaca məlumat verdi. Qeyd edək ki, açıq dərsdə milli suvenirlərin əks olunduğu mağaza guşəsi yaradılmışdı və hazırlanan səhnəcikdə tələbələr xarici turist və satıcı qismində iştirak edirdilər. Sonra müəllim və tələbələrin ingilisdilli bələdçi ilə birlikdə Bakının görkəmli yerləri ilə tanış olmasını əks etdirən videoçarx nümayiş etdirildi. Bundan sonra hər bir tələbə öz doğma şəhəri haqqında danışdı və öz bölgəsinin malik olduğu dəyərləri əyani şəkildə göstərdi. Həmçinin tələbələr Azərbaycan çayı haqqında danışıb onun ölkədə ən məşhur içki olduğunu vurğuladılar və qonaqlara çay təklif etdilər. Dərsin sonunda keçirilən maraqlı oyunda tələbələr Azərbaycanın dünyada tanınan dəyərləri ilə bağlı sualları bir sözlə ifadə edərək cavablandırdılar. Dərsin sonunda müəllim Zülfiyyə Məmmədkərimova tələbələrə öz təşəkkürünü bildirdi. Sonda isə açıq dərsi izləyən müəllimlər öz fikirlərini bildirdilər. Müəllimlər tələbələrin açıq dərs zamanı ingilis dilində səlis və aydın danışmalarını, əyani vəsaitlərdən istifadə etmələrini təqdirəlayiq hal kimi qiymətləndirdilər.

 

1 ... 220 221 222 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007462

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)