Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-da gənc alimlərin elmi konfransı keçirildi
ADPU-da gənc alimlərin elmi konfransı keçirildi
Nigar Aslanova, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri
Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “İslam və demokratiya: tarix və müasirlik” adlı elmi konfrans keçirildi. Əvvəlcə konfrans iştirakçılarına Ulu Öndərin dövlətçilik və siyasi fəaliyyətini özündə əks etdirən stendlər barədə ətraflı məlumat verildi.

 

Konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov Təhsil naziri cənab Mikayıl Cabbarovun 27.02.2017-ci il tarixli 117 nömrəli əmri ilə təsdiq edilmiş “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq  ADPU-da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “İslam və demokratiya: tarix və müasirlik” adlı gənc alimlərin elmi konfransının keçirilməsi təşəbbüsünün Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi vurğulandı. Bu konfransın məhz Heydər Əliyev Mərkəzində keçirilməsinin mahiyyətinə toxunan professor A.Zamanov Ümummilli Liderin hakimiyyətdə olduğu I dövr–sovet dönəmində İslam Həmrəyliyinə böyük önəm və diqqət verdiyini önə çəkdi. Heydər Əliyev sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə belə İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət göstərir, İslam ölkələrinin bir-birinə dəstək olmasına çalışırdı.

Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi vəzifəsində çalışdığı dövrdə (1969-1982) intellektual potensialın inkişafındakı xidmətləri diqqətə çatdırıldı. Məlum olduğu kimi, ötən illərlə müqayisədə xaricdə təhsil alan azərbaycanlıların sayı xeyli artmış, 1981-1982-ci illərdə Azərbaycandan SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilən gənclərin sayı hər il 1200-ü keçirdi.

Sonda professor A.Zamanov yüksək elmi tutumlu məruzələrin ADPU-nun dövri-elmi jurnallarında çap olunacağını konfrans iştirakçılarının diqqətinə çatdırdı, konfransın işinə uğurlar arzuladı.

Magistratura və doktorantura şöbəsinin müdiri, professor  İbrahim Bayramov çıxışında konfransın təşkil olunması üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi, konfransın ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirildiyinin əhəmiyyətindən danışdı.

Ülviyyə Yusubovanın “İslamda qadın azadlığı”, Firuzə Hümbətovanın “Biologiyanın tədrisi prosesində islami dəyərlərdən istifadə imkanları”, Ravil Abdullayevin “İslam dünyasının elmə, tibbə və texnika sahələrinə verdiyi böyük töhfələri”, Aynur Zeynalovanın “İslam etiqad, elm və həyat tərzidir” və digər məruzələr konfrans iştirakçılarının xüsusi marağına səbəb oldu. Konfrans öz işini uğurla başa vurdu.

Sonda konfrans iştirakçıları Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkdirdilər.

 

1 ... 223 224 225 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007611

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)