Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun Filologiya fakültəsinin dosenti, şair-ədəbiyyatşünas Təranə Turan Rəhimli İtaliyada Beynəlxalq müsabiqənin qalibi oldu
ADPU-nun Filologiya fakültəsinin dosenti, şair-ədəbiyyatşünas Təranə Turan Rəhimli İtaliyada Beynəlxalq müsabiqənin qalibi oldu
Filologiya fakültəsi
26 aprel 2017-ci il tarixində İtaliyanın cənub bölgəsində böyük Kalabriya inzibati ərazisinin Torre Melissa şəhərində keçirilən “VELIERO” Beynəlxalq Ədəbiyyat və Kinomatoqrafiya Müsabiqəsinin nəticələri elan edilmişdir. “Fikir yazılır və yazı film vasitəsilə həyata gəlir” devizi ilə işə başlayan müsabiqədə Alabaniya, İtaliya, Yunanıstan, Polşa, Azərbaycan, Kosovo, Belçika, Rumıniya, Nigeriya, Türkiyə, Macarıstan, Puerto, Hindistan, Meksika, Qvatemala, Avstriya yazıçıları və incəsənət xadimləri iştirak etmişlər. Müsabiqənin Təşkilat Komitəsinin təmçilçiləri İtaliyada “VELIERO” Mədəniyyət Assosiasiyasının prezidenti Françeska Qallello, vitse prezident Nik Mankuzo, Dünya üzrə Poeziya Səfiri Dante Maffia, Dünya üzrə Musiqi Səfiri İtalo Qomez olmuşdur.

 

Beynəlxalq Müsabiqədə poeziya bölməsinə yazıçı, jurnalist, tənqidçi, Nobel mükafatı namizədi, Streza ədəbi mükafatçısı Dante Maffia, Kinomatoqrafiya bölməsinə dünya şöhrətli aktyor, rejissor, prodüsser və teatr-kino tənqidçisi Nik Mankuzo, Musiqi bölməsinə Milan La Skala teatrını bədii rəhbəri, Venesiya La Feliçe və Biannale teatrlarının keçmiş bədii rəhbəri violonçelist, sənətşünas, səs rejissoru maestro İtalo Qomez sədrlik edirdi. Münsiflər heyətində bölmə sədrləri ilə birgə şair, nasir, jurnalist Nikolle Loka, televiziya rejissoru, prodüsser, ssenarist və sənədli film rejissoru Qiusy Reqalino, kino və televiziya aktyoru, Romada Menendri Məktəbi teatrının bədii rəhbəri Mino Sferra, Paqliarelle teatrının direktoru və bədii rəhbəri Rodolfo Kalaminici, yazıçı, oçerk ustası, şair, jurnalist, ədəbiyyatşünas Gennaro Merkoqliano, şair, yazıçı, jurnalist, ədəbiyyatşünas Francesco Tarantino, peşəkar fotoqraf, rəssam Mimmo Aloise,.müsabiqənin məsul direktoru Franceska Qallello təmsil olunurdular. Müxtəlif ölkələrdən müsabiqəyə təqdim olunmuş çoxsaylı əsərlərin içərisindən daha layiqlilərini seçmək prosesində münsiflər heyəti çətinliklə üzləşdiyini etiraf etsə də, ən çox bəyənilən sənət nümunələrini müəyyənləşdirmişdir. Beynəlxalq Ədəbiyyat və Kinomatoqrafiya Müsabiqəsində Azərbaycanı təmsil edən Təranə Turan Rəhimli Poeziya bölməsi üzrə müsabiqə qalibi olmuş, şairin anasına ithaf etdiyi “Sənə yazmadığım şeir” adlı şeiri münsiflər heyəti tərəfindən xüsusi fərqləndirilmişdir. Şeiri italyan dilinə tanınmış italyan şairi Maria Miraqlia uğurla tərcümə etmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, şair, jurnalist, publisist, tərcüməçi və ədəbiyyatşünas Təranə Turan Rəhimli daha əvvəl Türkiyədə, İtaliyada və Azərbaycanda çoxsaylı mötəbər ədəbi mükafatlar almışdır. Avropada möhtəşəm bir Beynəlxalq sənət müsabiqəsinin qalibi olmağın sevincini yaşayan Təranə Turan Rəhimli müsabiqədə yazıçı dostları Aqron Şele (Albaniya), Emi Barri (İrlandiya), Roula Pollard (Yunanıstan), Alicja Kuberska (Polşa), Alicia Minjarez ( Meksika), Sandra Ssarmiento (Qvatemala) və başqalarının da layiqli əsərləri ilə digər nominasiyalar üzrə qalib olduğunu qürur hissilə qeyd edir.

 

1 ... 224 225 226 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.020363

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)