Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Ağcabədi Filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
ADPU-nun Ağcabədi Filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev keçmişi qoruyan, gələcəyi quran liderdir” mövzusunda elmi-praktik konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent  Mətanət Fərzəliyeva bildirdi ki, bu günlər respublikamızda Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Biz də öz növbəmizdə ADPU-nun Ağcabədi Filialı olaraq ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirmişik ki, bugünkü elmi-praktik konfrans da həmin tədbirlərdən biridir.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra məruzələr dinlənildi.

“Heydər Əliyev keçmişi qoruyan, gələcəyi quran liderdir” mövzusunda məruzə ilə çıxış edən filialın dosent əvəzi T.Kərimli bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Onlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər arasında görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri və rolu vardır. Çünki dövlət xadimlərimizdən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksələ bilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin öz xalqına misilsiz xidmətlərindən danışan məruzəsi onun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu işində yürütdüyü məqsədyönlü siyasətin əhəmiyyətini açıqladı. Qeyd etdi ki, bu siyasəti Ulu Öndərimizin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

T.Kərimli məruzəsinin sonunda ümummilli liderimiz Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramını ifadə edərək Onun işıqlı əməllərinin daim yaşayacağını bildirdi.

Növbəti məruzə üçün söz filialın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Ə.Nəcəfova verildi. “Müstəqilliyimizin ilk illərində Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edən Ə.Nəcəfov bildirdi ki, ümummilli lider Heydər Əliyev gənc nəslin milli ruhda tərbiyə olunmasını əsas amillərdən biri kimi qiymətləndirmiş və gənclərimizin Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən öyrənmələrini tövsiyə etmişdir.

Daha sonra məruzə üçün söz filialın müəllimi A.Əlizadəyə verildi.

“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzə edən A.Əlizadə ümummilli liderimiz Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi fəaliyyətindən, bəşəriyyətə nümunə olunacaq davranışlarından ürəkdolusu danışdı. Məruzəçi gənc nəslə ən böyük örnək olan Heydər Əliyev şəxsiyyətinin ayrı-ayrı komponentlərindən bəhs etdi və bildirdi ki, Onun yüksək mənəvi keyfiyyətlərə sahib olması xarakterindəki bütövlük, şəxsiyyətinin davamlılığı və Vətəninə, xalqına sədaqəti ilə müəyyənləşir. Odur ki, Vətəni və xalqı Heydər Əliyev kimi sevmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq gərəkdir.

Sonra məruzələr ətrafında çıxışlar dinlənildi.

“Heydər Əliyev və Azərbaycan təhsili” adlı məqalə ilə çıxış edən filialın dosenti M.Hüsyenov ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışdı. Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri konsepsiyasını yüksək qiymətləndirən M.Hüseynov bu konsepsiyanı hər bir təhsilalanın, hər bir pedaqoqun, ümumən, hər bir Azərbaycan vətəndaşının fəaliyyət devizi, həyat amalı adlandırdı.

“Heydər Əliyev və milli dəyərlər” adlı məqalə ilə çıxış edən filialın tələbəsi N.Ağayeva xalqımızın ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında, xalqın milli özünüdərki sahəsində gördüyü işlərdən danışdı. N.Ağayeva Heydər Əliyevi mənəvi-əxlaqi keyfiyyətlərinə və siyasi addımlarına görə məğlubedilməz bir sərkərdəyə bənzətdi. Qeyd etdi ki, Heydər Əliyev kimi məğlubedilməz sərkərdəsi olan xalq həmişə yaşayacaq və öz dəyərli oğullarını əbədiyyət evinədək yaşadacaqdır.

Konfransda yekun sözü ilə çıxış edən dosent M.Fərzəliyeva bildirdi ki, bu gün biz ulu öndərimiz Heydər Əliyevin şərəfli və mənalı həyat yoluna nəzər salanda görürük ki, Onun bir lider, ictimai-siyasi xadim kimi fəaliyyəti mənsub olduğu xalqın taleyi ilə sıx bağlı olmuş, xalqının azadlığı, rifahı və müstəqil dövlətçiliyi üçün var gücü ilə çalışmışdır. Biz öz işimizlə Ulu Öndərin siyasi kursuna sədaqət nümayiş etdirəcəyimizə söz veririk.

 

1 ... 225 226 227 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007713

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)