Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun magistrantı Aygün İsmayıllının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib
ADPU-nun magistrantı Aygün İsmayıllının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisasının II tədris ili magistrantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsmayıllının universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib.

 

Sərgidə ADPU-nun rəhbərliyi, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) katibi, Xalq rəssamı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin (MTH) sektor müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, ARİ-nin Kitab qrafikası bölməsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  (ADRA) müəllimi, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, ADRA-nın müəllimi Ziyadxan Əliyev, ARİ-nin Gənclər bölməsinin sədri Tahir Məmmədov, Əməkdar rəssam Elçin Aslanov, rəssam Nadejda İbrahimova iştirak ediblər. Qeyd edək ki, sərgidə Aygün İsmayıllının 25 rəsm əsəri nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Aygün İsmayıllını təbrik edərək bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. ADPU-nun həm təhsildə, həm də yaradıcılıq sahəsində fərqlənən istedadlı tələbələri çoxdur. Azərbaycanın gələcəyini  yüksək biliyə, istedada malik olan belə gənclər müəyyən edəcək. Biz belə tələbə-gənclərimizlə fəxr edir, qürur duyuruq.
Aygün İsmayıllı gənc və istedadlı rəssamdır. Aygün İsmayıllı özünəməxsus yaradıcılıq üslubuna malikdir. Onun rəsm əsərləri məzmun və forma baxımından bir-birindən fərqlənir. Rektor çıxışının sonunda Aygün İsmayıllıya yeni yaradıcılıq uğurları arzulayıb.

ARİ-nin katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov çıxış edərək sərginin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb və Aygün İsmayıllıya uğurlar arzulayıb.

MTH-nin sektor müdiri Qalib Qasımov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Aygün İsmayıllının sərgidə nümayiş olunan əsərlərini yüksək qiymətləndiriblər və rəssama  müvəffəqiyyətlər  arzulayıblar.

Sonda çıxış edən Aygün İsmayıllı fərdi yaradıcılıq sərgisinin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, eləcə də bütün iştirakçılara təşəkkür edib.

1 ... 228 229 230 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007436

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)