Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun Heydər Əliyev Mərkəzində Davamlı təhsil və təlim şöbəsinin dinləyicilərinə mühazirə oxundu
ADPU-nun Heydər Əliyev Mərkəzində Davamlı təhsil və təlim şöbəsinin dinləyicilərinə mühazirə oxundu
Nigar Aslanova, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri
Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Davamlı təhsil və təlim şöbəsinin yenidənhazırlanma təhsili üzrə dinləyicilərinə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş mühazirə təşkil olundu.

 

İlk olaraq Ulu Öndərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, baş müəllim Əlibala Zalovun müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin ideya-nəzəri irsinə həsr olunmuş mühazirəsi “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “İbtidai sinif müəllimliyi” ixtisaslarının yenidənhazırlanma təhsili üzrə müdavimləri tərəfindən maraqla dinlənildi. Ə.Zalov Heydər Əliyev irsinin öyrədilməsinin vacibliyini vurğuladı, bu mövzunun tükənməz bir mövzu olduğunu diqqətə çatdırdı. Mühazirəçi şahidi olduğu hadisələrdən söhbət açdı, belə dahi şəxsiyyətlərin min ildə bir dəfə dünyaya gəldiyini diqqətə çatdırdı.

Ə.Zalov vurğuladı ki, Ulu Öndər bütün sahələrin dərin bilcisi idi və hər ixtisas sahibi ilə onun öz dilində danışmağı bacarırdı: ədəbiyyatşünasla ədəbiyyatşünas, tarixçi ilə tarixçi olurdu; sanki dünyanın bütün ixtisaslarına yiyələnmiş, bütün peşələr üzrə zəruri bilikləri mənimsəmişdi.

Heydər Əliyev xalq, xalq Heydər Əliyev idi. Azərbaycan pedaqoji fikir tarixində özünə yer alan dəyərli kəlamlar vardır ki, onlardan birinin də  müəllifi Ulu Öndərdir: “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”. Sonda Ə.Zalov ümummilli lider Heydər Əliyevin ideyalarının, balanslaşdırılmış siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dinləyicilərin diqqətinə çatdırdı.

Sonra Heydər Əliyev Mərkəzinin müdiri Nigar Aslanova çıxış edərək dinləyicilərə dərsin əlamətdar bir günə – Ümummilli Liderin doğum gününə təsadüf etdiyindən danışdı,  Mərkəzin yaranma tarixi, onun fəaliyyət dairəsi haqqında ətraflı məlumat verdi. Mərkəzdə yerləşən divar stendləri, həmçinin qapalı şüşə stendləri, onların əhatə etdiyi sahələrdən söhbət açıldı. Dinləyicilərin diqqətinə çatdırıldı ki, artıq bir neçə ildir ki, Ümummili Liderin irsinin öyrədilməsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində Nərimanov rayon orta ümümtəhsil məktəbləri və liseylərinin yuxarı sinif şagirdlərinə həmin təhsil müəssisələrinin qabaqcıl müəllimləri tərəfindən tarix dərsləri tədris olunur. Qeyd etmək lazımdır ki, Mərkəzdə tədris olunan həmin dərslər şagirdlər tərəfindən böyük maraqla dinlənilir. 

Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent Vaqif İsrafilov çıxış edərək dinləyicilər adından Ə.Zalova maraqlı, yaddaqalan mühazirəsinə görə minnətdarlığını bildirdi,  Heydər Əliyev Mərkəzində dərsin səmərəli təşkili üçün yaradılan şəraitə görə təşəkkür etdi, bu dərslərin gələcəkdə də mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.

Sonda Davamlı təhsil və təlim şöbəsinin əməkdaşları və dinləyicilər Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkdirdilər.

1 ... 230 231 232 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.017298

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)