Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
ADPU ilə Səlcuq Universiteti arasında Anlaşma Memorandumu və Mövlana protokolu imzalanıb
ADPU ilə Səlcuq Universiteti arasında Anlaşma Memorandumu və Mövlana protokolu imzalanıb
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və həmin universitetin Ədəbiyyat fakültəsinin Tarix bölməsinin rəhbəri, professor Alaattin Aköz ilə görüşüb. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Əliyeva iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, 1921-ci ildə yaranan ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan ADPU yaxın gələcəkdə 100 illik yubileyini qeyd edəcəkdir. Son illər ölkəmizdə dövlət səviyyəsində müəllim hazırlığının səviyyəsinin yüksəldilməsi və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün həyata keçirilən tədbirlərdən danışan rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-cil tarixli Sərəncamı ilə Azərbaycan Müəllim İnstitutu (AMİ) filialları ilə birlikdə ADPU-ya qoşulub. Hazırda ADPU-nun 5 filialı var. ADPU-da 8 fakültə, 39 kafedra fəaliyyət göstərir. Universitetdə 20 minə yaxın tələbə təhsil alır. Tədris 4 korpusda aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilindən Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi kimi müəyyənləşib. Hazırda ADPU-da alternativ əsaslarla bir neçə mərhələdən ibarət olmaqla, professor-müəllim heyətinin müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ADPU-da tədris prosesinin təkmilləşdirilməsi, yüksək elmi biliyə malik mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün yoxlama keçirilib, hazırda isə onların  attestasiyası aparılır.

Rektor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Hazırda Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu oyunlar islam ölkələrinin həmrəyliyinin güclənməsinə böyük töhfələr verəcək.

Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi və mehriban münasibətə görə ADPU-nun rektoruna təşəkkür edərək universitet barədə məlumat verib. Bildirib ki, Səlcuq Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 23 fakültəsi, 95 min tələbəsi var. Türkiyənin ən böyük universitetlərindən biri olan Səlcuq Universitetinin hər il 22 min məzunu olur, bu məzunlar dövlət və özəl sektorda uğurla çalışırlar. Universitet Səlcuq dövlətinin mədəni mirasını yaşadır.

Görüşdə ADPU ilə Səlcuq Universiteti arasında Anlaşma Memorandumu və Mövlana protokolu imzalanıb. Qeyd edək ki, Anlaşma Memorandumunda universitetlərin fəaliyyət istiqamətlərinə uyğun olaraq  birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi və digər vacib məqamlar nəzərdə tutulub. Mövlana protokolunda isə iki universitet arasında müəllim-tələbə mübadiləsi nəzərdə tutulur.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumunun və Mövlana protokolunun imzalanmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər. Görüşdə rektorlar təmsil etdikləri universitetlərlə bağlı hədiyyələri təqdim ediblər. Sonra rektor Cəfər Cəfərov professor Mustafa Şahini universitetin binası, Heydər Əliyev Muzeyi, Heydər Əliyev məktəbinin lektoriyası, tədris auditoriyaları, kitabxanası, oxu, idman və akt zalları ilə tanış edib. Sonda xatirə şəkilləri çəkdirilib.

1 ... 235 236 237 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011261

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)