Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Tarix və coğrafiya fakültəsində rektor Cəfər Cəfərovun “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsinə həsr olunmuş seminar-müzakirə keçirilib
ADPU-nun Tarix və coğrafiya fakültəsində rektor Cəfər Cəfərovun “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsinə həsr olunmuş seminar-müzakirə keçirilib
Nigar Aslanova, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri
Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsinin geniş müzakirəsi keçirildi. Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Şahin Pənahov qeyd etdi ki, hörmətli rektor, professor Cəfər Cəfərovun “Xalq qəzeti”nin 13 may 2017-ci il tarixli sayında dərc olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” məqaləsi nəinki Azərbaycanda, eyni zamanda keçmiş Sovetlər Birliyinin aparıcı dövlət xadimlərindən olan Azərbaycan xalqının böyük oğlu, dahi Heydər Əliyevin təhsil sahəsindəki çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur.

 

Seminarın keçirilməsində əsas məqsəd sözügedən məqalədə toxunulan vacib məsələlərə münasibət bildirmək, 40 ildən çox bir dövrdə lider olan Heydər Əliyevin təhsil siyasətinə bir daha nəzər salmaqdır.  

Məqalə ilə bağlı dəyərli fikirlər səsləndirən dosent Ş.Pənahov məqalədə qaldırılan vacib məsələlərə münasibətini bildirdi. O, dahi Heydər Əliyevin çalışdığı bütün sahələrdə böyük xidmətlər göstərdiyini diqqətə çatdırdı. Ulu Öndərin həm sovet dövründə, həm müstəqillik illərindəki yorulmaz fəaliyyətindən, intellektual potensialın inkişafı istiqamətindəki  gördüyü işlərdən ərtaflı bəhs etdi.

  Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək bildirdi ki, ölkənin davamlı inkişaf sürətinə uyğun olaraq həyata keçirilən islahatların mühüm tərkib hissəsini elm, təhsil və mədəniyyət sahəsində baş verən yeniliklər təşkil edir. Yeniliklərin əsas istiqamətlərindən biri isə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafına uyğun Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsil strategiyasının həyata keçirilməsi, bu xüsusda müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət formalaşdırmaqdan ibarətdir. Məhz bu mühüm məqsədin nəzəri və praktik cəhətdən reallaşdırılmasını özündə ehtiva edən, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsi xüsusi önəm daşıyır. İ.İsayev professor C.Cəfərovun Ulu Öndərin Azərbaycan təhsilinin gələcək inkişaf təmayülləri  haqqında fəlsəfi düşüncələrini təhlil edərək onu dəyərləndirdiyini, bir rəhbər işçi kimi əməli fəaliyyətində ona sadiqliyini ifadə etdiyini dilə gətirdi.

Məqalədə diqqəti cəlb edən məqamlardan biri müəllifin Heydər Əliyevin ümumən proqram xa­rak­terli müddəala­rına kompleks yanaşaraq Ulu Öndərin təhsil  kon­sepsiyasının tərkib hissələrini müəyyənləşdirməsi, onun mahiyyətinin milli-mənəvi dəyərlərə söykənən, keçmiş təhsilin mütərəqqi ənənə­ləri üzə­rində qurulmuş, dünya təhsilinin qabaqcıl təc­rübəsindən qaynaqlanan vətəndaş yönümlü milli təhsil quruculuğunun həyata keçirilməsi təşkil etdiyini söyləməsidir. Məqalədə həmçinin dövlətin milli təhsil konsepsiyasını işləyib-hazırlayan Ulu Öndərin çevik  təfəkkür tərzinə malik yeni insanın formalaşmasında milli tərbiyəyə xüsusi diqqət yetirdiyi oxucuya təqdim edilir.  Müəllif fikirlərini Ümummilli Liderin “Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun prinsiplər, qaydalar təhsil sistemində tətbiq edilməlidir” müddəası ilə təsdiqləyir.

Sonda professor İ.İsayev bildirdi  ki, məqalədə diqqətəlayiq məsələlərdən ən başlıcası məhz Heydər Əliyevin təhsil konsepsiyasına əsaslanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  5 istiqamət üzrə əməli fəaliyyətin ADPU-nun timsalında ümumiləşdirilməsinə yer verilməsidir.

Seminarda Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova məqalənin əsas məziyyətlərindən bəhs etdi, təhsil siyasəti ilə bağlı irəli sürülən əsas müddəalardan  danışdı.  Çıxışçı  ümummilli lider Heydər Əliyevin Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxdığını, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət verdiyini vurğuladı, XX əsrin 70-ci illərindən başlayaraq hər il yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovet İttifaqının aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdiyini seminar iştirakçılarının diqqətinə çatdırdı.  Dosent N.Əhmədova ADPU-da istər təhsil, istər  elm sahəsində aparılan böyük işlərdən də danışdı. Sürətlə müasirləşən Azərbaycan Respublikasında təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində ADPU-da mühüm işlərin görüldüyündən bəhs etdi, təhsilin keyfiyyətini artırmaq məqsədilə pedaqoji kadr hazırlığına, kadr potensialının  yüksək peşəkarlıq səviyyəsinə xüsusi önəm verildiyini bildirdi.

Seminarda çıxış edən Ümumi pedaqogika kafedrasının dosenti Kəmalə Quliyeva “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsini yüksək qiymətləndirdi, məqalədə təhsil strategiyası ilə bağlı mühüm məsələlərə toxunulduğunu diqqətə çatdırdı. Məqalədə kadr hazırılığı ilə bağlı Heydər Əliyev strategiyasının mühüm aspektlərinin çox məzmunlu, məntiqli şəkildə vurğulandığı qeyd olundu. Bununla yanaşı, təhsil sahəsində həyata keçirilən mühüm hüquqi-normativ sənədlərdən, qarşıya qoyulan strateji hədəflərdən də bəhs olundu. Azərbaycan Respublikasının Prezident möhtərəm cənab İlham Əliyevin Ümummilli Liderin təhsil sahəsində yaratdığı hüquqi-normativ bazanı daha da  təkmilləşdirdiyi seminar iştirakçılarının diqqətinə çatdırıldı.

Qarşılıqlı debat şəklində keçən seminar öz işini uğurla başa vurdu.

1 ... 236 237 238 ... 401

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.025175

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)