Bu gün: 16 Avqust 2017, Çərşənbə
ADPU-nun Şəki Filialında “Açıq qapı günləri” keçirilib
ADPU-nun Şəki Filialında “Açıq qapı günləri” keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının mövcud imkanlarının cari tədris ilində ali məktəblərə qəbul imtahanı verəcək şagirdlərə, onların valideynlərinə əyani olaraq göstərilməsi, abituriyentlərə ixtisas seçimi işində yardımçı olmaq məqsədilə 10-20 may 2017-ci ildə filialda “Açıq qapı günləri” elan edilib. Bu tədbirin icrası istiqamətində müəyyən işlər görülüb, regionun təhsil şöbələrinə məktubla bu barədə məlumat verilib, yuxarı sinif şagirdlərinin filialda bu tədbirlərdə iştirak etmələrinə təhsil şöbələri tərəfindən əməli köməklik göstərilib.

 

14-16 may 2017-ci ildə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirləri filialın tədris binalarında olub, onlar maddi-texniki baza ilə yaxından tanış ediliblər. Filialda tələbələrin istifadəsində olan və tədris prosesinə xidmət edən kompüter zalları, kitabxana-oxu zalı, tədris otaqları, İKT avadanlıqları şagirdlərdə böyük maraq doğurub. Filialın rəhbərliyi görüş zamanı son dövrlərdə dövlətimizin təhsilə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, həyata keçirilən islahatlardan, filialın müəllim kadrları hazırlayan bir təhsil müəssisəsi kimi üzərinə düşən vəzifələrdən bəhs edib. Qeyd olunub ki, müəllimlik peşəsi peşələrin arasında ən çətin, lakin ən şərəflisidir. Hazırda ADPU-nun Şəki Filialında 8 ixtisas üzrə müəllimlik peşəsinə yiyələnmək istəyən 1108 nəfər tələbə təhsil alır. Onlar respublikanın 46 şəhər və rayonunu təmsil edirlər. Hər il filialda keçid balları yüksəlir. Hazırda 600-400 bal toplayaraq filialı seçən tələbələrin sayı 200 nəfərdən çoxdur. Filialda fəaliyyət göstərən tələbə təşkilatlarının: Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) fəalları üzvü olduqları təşkilatlar, onların fəaliyyəti, tələbələrin şəhər, respublika səviyyəli yarışlarda, konfranslarda qazandıqları uğurlar haqqında ətraflı məlumat veriblər. Qonaqların diqqətinə çatdırılıb ki, filial rəhbərliyi burada təhsil alacaq hər bir gəncin öz ixtisasına yaxşı yiyələnməsinə, mükəmməl kadr, gözəl mütəxəssis kimi formalaşmasına, cəmiyyətimiz və dövlətimiz üçün faydalı vətəndaşlar kimi yetişməsinə xüsusi diqqət və həssaslıqla yanaşır, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində də silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı da əsasən tələbələrin özləri olurlar. Qonaqların diqqətinə çatdırılan məsələlərdən biri də ondan ibarət olub ki, Şəkidə fəaliyyət göstərən bu ali təhsil müəssisəsinin 26 yaşı var və filialın məzunları sırasında bu gün təhsillərini növbəti pillədə davam etdirərək elmi ad qazananlar da az deyildir. Sevindirici haldır ki, belə məzunların bir qismi təhsil aldığı bu ali məktəbdə öz elmi və pedaqoji fəaliyyətini davam etdirir. Sonda filialın tələbələrinin hazırladıqları, Məhəmmədhüseyn Şəhriyarin xatirəsinə həsr olunmuş “Şəhriyarla ötən əsr” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığin əks etdirən videoçarx göstərilib, tələbələrin ifasında M.Şəhriyarın qəzəllərindən parçalar, şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib. Tələbələrin söylədikləri “Türkün dili” seiri və “Heydərbabaya salam” poeması iştirakçıların dərin marağına səbəb olub.

 

1 ... 245 246 247 ... 341

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008134

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)