Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-da Təqaüd kartları layihəsi uğurla davam edir
ADPU-da Təqaüd kartları layihəsi uğurla davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Bank of Baku və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əldə edilmiş razılığa əsasən ötən tədris ilindən başlanılan Təqaüd kartları layihəsi uğurla davam edir. Qeyd edək ki, ölkədə nağdsız hesablaşmalara dövlət dəstəyinin gücləndirildiyi bir zamanda Bank of Baku tərəfindən bu layihənin həyata keçirilməsində əsas məqsəd tələbələri nağdsız əməliyyatların rahatlığı, sərfəli olduğu və təhlükəsizliyi barədə maarifləndirmək, onları həvəsləndirmək və bu işi təbliğ etməkdir. Məlumat üçün bildirək ki, layihə çərçivəsində universitetdə dövlət tərəfindən təqaüd alan bütün tələbələrə Bank of Baku-nun “Bolkart Gənc Debet təqaüd kartı” məhsulu təqdim edilmişdir. Bu kart vasitəsi ilə tələbə həm təqaüdünü alır, həm də öz şəxsi pul vəsaitini karta əlavə edib onlayn və posterminal vasitəsi ilə nağdsız alış-veriş edib bonus qazanır.

 

Bundan əlavə, rayonlardan Bakıya təhsil almağa gələn tələbələr üçün əlverişli bir imkan yaradılmışdır. Belə ki, valideynləri tələbəyə pul göndərkən yaşadıqları rayonda Bank of Baku ödəniş terminalına və ya MilliÖn terminalına yaxınlaşıb rahat, qısa müddətdə və komissiya faizi tutulmadan vəsaiti köçürə bilərlər. Köçürülən vəsait 5 saniyədən sonra tələbənin kart hesabına keçir. Tələbə həmin məbləği günün 24 saatı ərzində ATM (bankomat) vasitəsi ilə nağdlaşdıra, yaxud onlayn və nağdsız formada istifadə edə bilər. Hazırda sözügedən kartın sahibi olan tələbələr təklif edilən xidmətlərdən istifadə edirlər. Bu xidmətdən çox razı qalan tələbə-gənclər üçün gələcəkdə kartla bağlı müxtəlif yeni kampaniyaların da keçirilməsi planlaşdırılır. Belə ki, təqdim olunan kartdan ən çox nağdsız formada istifadə edən tələbələr üçün bank tərəfindən həvəsləndirici xüsusi hədiyyələrin verilməsi və müxtəlif yeni kampaniyaların keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə Bank of Baku-ya dəstək olan ilk ali təhsil müəssisəsi ADPU ilə paralel olaraq digər müxtəlif sosial layihələrin də həyata keçirilməsi planlaşdırılır.

 

1 ... 250 251 252 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011194

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)