Bu gün: 24 Sentyabr 2017, Bazar
Yolunuzu bizdən salın (ADPU-95)
Yolunuzu bizdən salın (ADPU-95)
Kamil Bəşirov, ADPU-nun əməkdaşı, filologiya elmləri doktoru
Sözümə unuda bilmədiyim bir hadisə ilə başlamaq istəyirəm. Təxminən 24-24 ilin söhbətidir. Məktəbəqədər fakültənin defektologiya şöbəsində dərs deyirdim. Onda bu tələbələr 5 il təhsil alırdılar. Dörd il bunlara dərs dedim və ayrıldım, amma müəllim-tələbə ünsiyyətimiz kifayət qədər ürəkaçan bir səviyyəyə çatmışdı. Ona görə də 5-ci kursda olanlara dərs deməsəm də, məni harda görsələr yaxınlaşıb ədəblə salam verib əhval tutur, öz xoş duyğularını izhar edirdilər.

 

25 tələbədən 14-ü oğlan idi. Bir gün elə oldu ki, aşağı kursların birində mühazirə deməyə gedirdim. Mənim dərsim 3-cü mərtəbədə idi. 2-ci mərtəbənin pilləkənindən 3-cü mərtəbəyə, dərs otağıma qalxmaq istəyəndə gördüm ki, mənim köhnə dostlarım – defektologiya qrupunun bütün oğlanları – dəhlizin o başında toplaşıb nəyisə müzakirə edirlər. Məni görən kimi sözlərini kəsib salama amadə dayandılar, təbii ki, bunlara yaxınlaşıb hər biri ilə ayrıca əl tutub hal-xoş elədim. Amma hiss etdim ki, görüşdüklərimdən biri deyəsən onlardan deyildir və belə də oldu. Həmin oğlanla əl tutub bir az cərgədə irəli gəlmişdim ki, qulağım çaldı:

-Famil, bu kişi kimdir?

-Famil mənim eşidə biləcəyim bir səslə ona cavab verdi:

Bu bizim Kamil müəllimdir, sənə demişdim axı!

-Oğlanın cavabını da eşitməli oldum:

Ay Famil, bu heç müəllimə oxşamır ey!

Daha mən neyləməliydim ki, salamlaşmanı sona yetirib nə qədər tələssəm də, həmin oğlanı maarifləndirməliydim. Odur ki, onun kimliyi ilə maraqlandım və məlum oldu ki, bu gənc başqa bir institutun 3 kurs tələbəsidir və mənim tələbələrimdən birinin yerlisi kimi bizə qonaq gəlib. Mətləbi çox uzatmadım və ona yarı zarafat, yarı gerçək belə bir tövsiyə verdim:

Cavan oğlan, belə çıxır ki, hələ 3 il oxusan da, deyəsən əsl müəllimlə qarşılaşmamısan. Ona görə də xahiş edirəm mənə zənnlə bax və gör əsl müəllim necə olur!

Bu sözləri deyib hamıdan təbəssümlə ayrıldım. Növbəti görüşümüzdə tələbələrim mənə yaxınlaşıb gülə-gülə dedilər ki, müəllim, o oğlana yaman dərs verdiniz ha!

Çoxdan olmuş bu hadisəni xatırlatmağımın bir səbəbi var. Bunları söyləməkdə məqsədim xatirə danışmaq, ya da özümü öymək deyil, necə deyərlər, sözümün canı, başqadır. Bir neçə gün əvvəl köhnə tanışlarımdan biri mənə telefon açıb dedi ki, eşitmişəm sizə təzə rektor təyin ediblər, aran necədir? Cavab verdim ki, aram çox yaxşıdır, necə bəyəm? Dedi ki, bəs mənim bir yaxın qohumum sizdə oxuyur, bir fəndən kəsiri qalıb, dedim, bəlkə ona köməyin dəyər! Bax burda deyərlər, qəribi ağlamaq tutdu. Dedim, əziz dost, mənim sənə köməyim bu ola bilər ki, sənin qohumuna kitab taparam, müəllimindən xahiş edərəm, sənin qphumuna daha ciddi yanaşsın və inşallah gələn dəfə heç bir təmənnasız kəsirini ləğv edər. Dostum dilini sürüdü və mənə irad tutdu.

Ə, siz hansı məmləkətdə, hansı zamanda yaşayırsınız? Sən o kişinin qəbul gününü, saatını mənə de, qalanı mənlikdir.

Aradan bir neçə gün keçmiş yenə ondan zəng gəldi. Hələ mətləbə keçməmiş, hal-əhvalından duydum ki, tanışım, deyəsən, o işin nəticəsindən çox razı qalıb. Qalanını özü danışdı:

Qardaş, mən bu ADPU-da çox rektorlar görmüşəm, çoxu ilə şəxsi salamım, münasibətim olub, amma beləsini görməmişdim. Qısası, gəldim sizin universitetə rektoru soraqladım. Dəhlizdə bir qrup tələbə ilə səmimi söhbət edən bir simanı göstərdilər. Yaxınlaşıb məqam gözləyərək bir qıraqda durdum. Bir azdan baxışlarını üzümdə hiss edəndə irəli gedib salam verdim. Salamımı hörmətlə alıb kimliyimi soruşdu, deyəsən, hiss etmişdi ki, qonağam və deyiləsi sözüm var. Özümü təqdim edəndən sonra qəbuluna düşmək istədiyimi bildirdim. Halını pozmadan gülər üzlə mənə dedi ki, bu tələbələrdən mənim gizlin heç bir işim yoxdur, elə bilin ki, qəbulumdasınız. Düzü, bir az utandım, istədim gəlişimin məqsədini söyləməkdən vaz keçəm, bir də təkid etdi, söyləməli oldum. Üzünə bir təbəssüm qondu, başını döndərib bir az kənarda dayanmış qızı əli ilə yaxına çağırdı və belə dedi:

Baxın, əzizim, gördüyünüz bu qızın adı Əsmərdir, özü də mənim yaxın qohumumdur. Tənbəlliyindən, ya nədənsə bunun da kimya fənnindən kəsiri qalıb. Müəllimindən xahiş etmişəm ki, bir az ciddi məşğul olsun. Sizin qohuma da bu köməyi edə bilərəm, başqa bir yol görmürəm.

Canın haqqı xəcalətimdən yerə girdim. Mən rektora təəccüblə, tələbələr isə qürurla baxırdılar. Üzr diləyib aralanmaq istəyəndə məni nahar yeməyinə dəvət etdi, imtina edib gülə-gülə sağollaşdım... Vallah mən ömrümdə belə sadə, mehriban, obyektiv və işgüzar rektor görməmişdim. O da maraqlıdır ki, görmüşük imtahan sessiyası vaxtı müəllimlər bir az qaşqabaqlı, ciddi gəzər, tələbələr qayğılı dolanar, burada isə hamının üzü gülürdü. Çoxdan yolum düşmədiyindən universiteti bir az gəzib-dolanmaq istədim. Əsas korpusun 2-ci, 3-cü mərtəbələrini, yeməkxana və oxu zalını gəzib seyr etdim; hər tərəf üzə gülürdü. Əsaslı təmirdən sonra döşəməyə xalça – palaz döşənmiş, pəncərələrin qarşısına gül dibçəkləri düzülmüşdü. Aldığım təəssürata görə o qohum tələbəyə ürəyimdə dua edə-edə Pedaqoji Universitetdən ayrıldım. Sənə də zəng vurdum deyəm ki, sən allah o kişinin qədrini bilin, ona dəstək olun.

“Baş üstə” deyib telefonu qapatdım. Doğrusu, işlədiyim kollektiv və onun rəhbəri barədə tanışımdan eşitdiyim bu gözəl sözlər mənə çox xoş gəldi. Rektorumuz, professor Cəfər Cəfərovun yeni tipli bir universitet rəhbəri kimi dövlət başçısının qarşıya qoyduğu vəzifələri, aparılacaq islahatları yüksək səriştə və səbrlə həyata keçirməsi artıq ölkə ictimaiyyəti tərəfindən maraq və rəğbətlə qarşılanmaqdadır. 20 minə yaxın tələbənin təhsil aldığı Pedaqoji Universitet öz ənənəsi və yüksək pedaqoji kadr potensialı olan qocaman ali təhsil ocağıdır. Ancaq görünən budur ki, son illərdə ştat cədvəli süni şəkildə həddindən artıq şişirdilmiş, kafedra və şöbələrə ixtisası uyğun gəldi-gəlmədi xeyli artıq adam işə götürülmüşdü. İşlə təmin olunmaq istəyi işləmək, ortaya keyfiyyətli iş qoya bilmək borcunu üstələmişdi. Digər ali məktəblərdən, hətta orta məktəblərdən pensiya yaşına görə və ya digər səbəblərdən uzaqlaşdırılmış kadrlar gəlib rahatca universitetdə yerləşirdilər. Qocaman universitet qocalar evinə çevrilməkdə idi; yaşı 80-i keçmiş nənələr, 90-ı haqlamış babalar laborantlardan tutmuş, kafedra müdiri, dekan vəzifəsinə qədər özfəaliyyətlə məşğul idilər. Müasir, çevik dünyagörüşlü, elmə, pedaqoji prosesə həvəsli və səriştəli gənclər isə qapı arxasında qalmışdılar. Müəllim və vəzifə təyinatları yerlibazlıq, dostbazlıq və başqa prinsiplərlə yerinə yetirilirdi. Universitet ictimai nəzarətdən kənarda idi.

2016/2017-ci tədris ilinin başlanğıcından yeni rektor, professor C.Cəfərov universitetin müvafiq qurumlarında çalışan təcrübəli, yaradıcı təfəkkürlü, obyektiv düşüncəli əməkdaşları toplayaraq məsləhətləşmələr apardı və yerinə yetiriləcək islahat işlərinin əsas yönləri müəyyənləşdirildi: 1) İnsan resurslarının inkişafı, kadr və struktur islahatlarının həyata keçirilməsi; 2) Maddi-texniki bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı; 3) Təshilin təşkili və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi; 4) Elmi işlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində lazımi tədbirlərin görülməsi.

Nəzərdə tutualn bu 4 əsas istiqamətin hər biri digəri ilə sıx vəhdət təşkil edir. Bunların biri olmadan digərinin reallaşması qeyri-mümkündür. Möhkəm maddi-texniki bazaya söykənməyən təhsil müəllimin bütün canfəşanlığına baxmayaraq zamanla ayaqlaşa bilməz. Yaxud insan resurslarının inkişafı, kadr və struktur islahatları həyata keçirilmədən təhsilin səmərəli təşkili və tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq imkan xaricindədir. Universitet həm də böyük elm mərkəzidir. Müxtəlif fənlərin yüksək səviyyədə tədrisi və təşkilində elmi yanaşmalardan istifadə əsas şərtlərdəndir.

Hər bir işin uğurla həyata keçirilməsində insan amilinin böyük rolu vardır. Odur ki, artıq bir neçə fakültəyə, o cümlədən yeni yaradılmış imtahan, tədrisin idarə olunması və təhsil texnologiyaları mərkəzlərinə, insan resursları şöbəsinə təzə, obyektiv və yaradıcı təfəkkürlüə rəhbərlər təyin edilmişdir. Aparılan elmi-tədqiqat işlərinin, doktorant hazırlığı və magistr təhsilinin səviyyəsinin necə bir sürətlə inkişaf etdiyi göz qabağındadır. Bu sahəyə çox böyük elmi potensialı və yüksək təcrübəsi olan tanınmış elm  və təhsil xadimi, elmi işlər üzrə prorektor, professor Asəf Zamanov rəhbərlik edir. Onun sayəsində tədris prosesinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, İKT vasitələrindən geniş və səmərəli istifadə istiqamətlərində xeyli iş görülmüşdür.

İmtahanların aparılmasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədi ilə universitetdə respublikamızın tanınmış ictimai xadimləri və pedaqoqlarının da iştirak etdiyi ictimai nəzarət şurası yaradılmışdır. Bütün bunlar müəllimlərin daha dolğun fəaliyyət göstərə bilməsi, tələbələrin daha yaxşı və sərbəst təhsil mühiti əldə edə bilməsi naminə edilmişdir. Bunun nəticəsidir ki, tələbə və magistrantlar burada özlərini təkcə bilik alan şəxs kimi deyil, təhsil prosesinin tam bərabərhüquqlu üzvləri kimi hiss edirlər.

ADPU kollektivi Bakı şəhərində bir neçə ümumtəhsil məktəbinə hamilik etməklə yanaşı, respublikanın bir çox təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq edir. Vaxtaşırı olaraq universitetin müəllimləri orta məktəblərdə olur, orta məktəb müəllimləri isə universitetə dəvət olunur, qarşılıqlı təcrübə mübadiləsi aparırlar.

Bu tədris ili həm də universitet həyatındakı qeyri-adi canlanma, yüksək ictimai fəallıqla yaddaşlarda qalır. Universitetimiz il ərzində bir çox respublika və beynəlxalq miqyaslı tədbirlərə yüksək səviyyədə təşkilatçılıq və ev sahibliyi edib və etməkdədir.

Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müasir tələblərə cavab verən kadrların müəyyənləşməsi məqsədilə müəllimlərin işə götürülməsi və yenidən seçilməsi qaydalarında da bir sıra yeniliklər edilmişdir. Daha əvvəlki kimi professor-müəllim heyətinin əmək müqaviləsinin müddəti başa çatdıqda o, avtomatik olaraq alternativsiz təzədən 5 illiyə öz yerinə seçilməyəcək. Seçimdə müəllimin elmi-pedaqoji stajı ilə yanaşı, peşəkarlıq səviyyəsi və onu həyata keçirmək imkanları, tədrisin müasir metodlarından istifadə bacarığı əsas şərtlərdəndir. Artıq bir neçə gündür ki, bu işə start verilmiş, ilkin nəticələr təxminən müəyyənləşmişdir.

Desəm ki, bu proses universitetin bütün kollektivi tərəfindən birmənalı olaraq dəstəklənir, səmimi çıxmaz. Məsələ burasındadır ki, bəzi yoldaşlar sözün hər mənasında artıq tükəniblər, bunu etiraf etməyə isə gücləri çatmır. Mən yazılarımda bir neçə dəfə qeyd etmişəm ki, bizim ən ağrılı yerləimizdən biri istefa mədəniyyətimizin çox zəif olmasıdır. Adam özü də bilir ki, müxtəlif səbəblərdən tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilmir, di gəl ki, kreslosundan dördəlli yapışıb qopmaq bilmir ki bilmir. Bunu üzünə vuranda isə inciyib-küsür, yüz üsulla özünü müdafiəyə qalxır. Bu məqamda yenə bir haşiyə çıxmaq məcburiyyətindəyəm.

Bir neçə il bundan əvvəl Filologiya fakültəsində dekan müavini işləyəndə birləşmələrdən birinin tələbələri dekanlığa şikayət etdilər ki, filan müəllimin dərs deməyi bizi qane etmir. Onun başqa bir müəllimlə əvəz olunmasını xahiş edirik. Çətin vəziyyətə düşdük, bunu o müəllimə necə çatdıraq, necə edək ki, inciməsin. Axı o, bizim də müəllimimiz olmuşdu, özü də pis müəllim olmamışdı, amma son illərdə keçirdiyi ağır xəstəlik və qocalıq onun yerişinə də, nitqinə də öz yaman möhürünü vurmuşdu. Pillələri sərbəst qalxa bilmirdi, gərək kimsə qoluna girib kömək edəydi. Qərara alındı ki, dərslərini növbə ilə biz yola verək, dərs ilinin sonuna bir – iki ay qalmışdı. Belə də elədik. Növbəti tədris ilində problem yenə qalmaqda idi. Çox xahiş-minnətdən, yalvar-yaxardan sonra onu təqaüdə getməyə razı sala bildik... Bilirsiniz bu cür insanlar işdən niyə əl çəkə bilmirlər? Elə bilirsiniz bu hal öz sənətlərinə sevgidən, vurğunluqdan irəli gəlir? Yox, əsla belə deyil, sadəcə ailələrində bu cür adamlara “çörək ağacı” kimi baxırlar, özlərinə qalsa, aldıqları təqaüdlə pis-yaxşı dolanarlar. Belələri universitetimizdə onlarcadır və bizim bu cür adamlara çox böyük hörmətimiz var, qocalınca yaşaya bilmək özü də böyük səadətdir və hər adama nəsib olmur. Amma dahi Nizami demişkən “O yer ki, əbədi deyildir məskən, gərək get deməmiş, özün gedəsən”.

Söylədiklərimi heç də bütün yaşlı adamalara şamil etmək olmaz. Elə müəllimlərimiz var ki, bu gün də cavanlığında olduğu kimi gümrahdır, böyük şövq və həvəslə auditoriyalara daxil olur, öz bilik və təcrübəsini tələbələrinə ötürür, ictimai fəallığı ilə də gənc müəllimlərə örnəkdir. Belə insanlar yüz ildir tükənmədən “qara qızıl” istehsal edən neft quyularına bənzəyir və onlara bizim həmişə ehtiyacımız var.

Dövrün reallığı belədir ki, zaman sağlam rəqabət zamanıdır, rəqabətə dözümlülük sınağından keçmək bacarığına sahib olmağı isə zaman özü diktə edir.

Son olaraq demək istərdik ki, Pedaqoji Universitet hamının üzünə açıqdır, bütün fakültə və kafedraların məlumat portalları mövcuddur, elektron universitet layihəsi başa çatmaq üzrədir. Öz uğurlarımızı bölüşməyə, başqalarında olan yaxşı nə varsa bəhrələnməyə hazırıq. Əldə etdiyimiz nailiyyətləri isə Respublika Prezidentinin ali təhsil müəssisələri qarşısında qoyduğu yüksək ixtisaslı kadr hazırlığı tələbinin nəticəsi kimi qiymətləndiririk. İmkan olanda yolunuzu bizdən salın!

 

1 ... 251 252 253 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007269

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)