Bu gün: 19 Noyabr 2017, Bazar
Beynəlxalq əlaqələr genişlənir
Beynəlxalq əlaqələr genişlənir
İctimaiyyətlə əlaqələr şöbəsi
Rusiya Federasiyasının Ufa şəhərində 17-19 may 2017-cil il tarixlərdə Rusiya və Azərbaycan ali təhsil müəssisələri Assosiasiyasının II Forumu keçirilmişdir.

 

II Forumda Azərbaycan Respublikası Təhsil nazirinin müavini Mətin Eynullayev, Aparat rəhbərinin müavini Yaqub Piriyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BMU-nun rektoru, professor Havar Məmmədov, SDU-nun rektoru, Assosiasiyanın həmsədri, professor Elxan Hüseynov, ATU-nun rektoru Akif Süleymanov, LDU-nun rektor əvəzi, professor Natiq İbrahimov, BDU-nun prorektoru, professor İradə Əliyeva, ADPU-nun prorektoru, professor Asəf Zamanov, ADMİU-nun prorektoru, dosent Validə Məmmədova, AMİU-nun prorektoru, dosent Nərgiz Abdullayeva, NDU-nun prorektoru, dosent Mübariz Nuriyev və digər ali məktəblərin nümayəndələri, həmçinin Rusiya Federasiyasının 30-a qədər ali məktəbinin rəhbərləri, Başqırdıstanın Baş Nazirinin müavini, Təhsil naziri iştirak edirdilər. Forum çərçivəsində “Ali məktəblərin beynəlxalq əməkdaşlığı dövlətin inkişafının əsas amili kimi”, “Peşəkar təhsilin inkişafının Milli Strategiyaları və universitetlərarası əməkdaşlığın inkişafı məsələləri” nə həsr edilmiş məruzələr dinlənilib müzakirə edilmişdir. Rusiya Federasiyası və Azərbaycan Respublikası ali təhsil müəssisələri Assosiasiyasının və Xəzəryanı ölkələrin ali məktəblərinin Assosiasiyasının əməkdaşlığına dair “Ufa deklarasiyası” qəbul edilmişdir. Forum iştirakçıları Başqırdıstan Dövlət Pedaqoji Universitetinin və Ufa Dövlət Neft-Texniki Universitetinin fəaliyyəti ilə də tanış olmuşlar. Rusiya Federasiyası və Azərbaycan Respublikası universitetləri, o cümlədən Başqırdıstan Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır. BDPU ilə ADPU arasındakı müqaviləni universitetlərin elmi işlər üzrə prorektorları, professor Lyudmila Amirova və professor Asəf Zamanov imzalamışlar. Müqavilədə universitetlərin elmi və rəhbər kadrlarının, professor-müəllim heyətinin təcrübə mübadiləsi, qarşılıqlı maraqdoğuran sahələrdə tədqiqat layihələrinin birgə yerinə yetirilməsi, beynəlxalq elmi simpozium, konfrans və seminarların təşkili, hər iki universitetin mövcud maddi-texniki bazasından birgə istifadə, həmçinin birgə təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

1 ... 254 255 256 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026959

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)