Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-da tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyası keçirilir
ADPU-da tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyası keçirilir
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə keçirilir. Bununla yanaşı, mayın 25-dən başlayaraq ADPU-da tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının da attestasiyasının keçirilməsinə başlanılıb.

 

Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərini, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn müddəaları, eləcə də Əmək Məcəlləsini və “Təhsil haqqında” Qanunu əsas tutaraq universitetdə çalışan tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması, onların ixtisasına müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğunluğunun müəyyənləşdirilməsi və kadr potensialından səmərəli istifadənin təmin olunması məqsədilə müvafiq əmr imzalayıb. Əmrdə ADPU-da tədris-yardımçı heyətdə və Kitabxana-İnformasiya Mərkəzində çalışan, qanunvericiliklə attestasiyadan keçməli olan bütün işçilərin attestasiyasının keçirilməsi öz əksini tapıb. Həmin əmrə əsasən tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının təşkili və keçirilməsi üçün tanınmış və nüfuzlu təhsil ekspertləri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev, həmçinin Zaur Bağırov, Vaqif Əliyev, Qumral Qədimova, Razim Məmmədov, İlham Əhmədov, İradə Əliyeva və Zakir Nağıyevin daxil olduğu attestasiyasiya komissiyası yaradılıb. Komissiya öz fəaliyyətini Əmək Məcəlləsinə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun həyata keçirir. Əmrin icrası ilə əlaqədər universitetin İnsan resursları şöbəsi Həmkarlar İttifaqı Komitəsi və hüquqşünasla birlikdə attestasiyadan keçməli olan əməkdaşların siyahısını hazırlayıb komissiyaya təqdim edib. Bütövlükdə attestasiyaya 240 nəfər cəlb edilib. Attestasiya müsahibə formasında keçirilir. Qeyd etmək lazımdır ki, universitetin İnsan resursları şöbəsi tərəfindən bir müddət öncə tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə ikimərhələli yoxlama keçirilib. Birinci mərhələdə onların informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqları yoxlanılıb. Yazılı qaydada aparılan ikinci mərhələdə isə onların ümumi elmi-nəzəri səviyyəsi, ixtisas bilikləri, eyni zamanda qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri yoxlanılıb. Onu da qeyd edək ki, tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının imtahan zamanı göstərdikləri nəticələr attestasiya zamanı nəzərə alınacaq. ADPU-nun rektoru, professor Cəfər Cəfərov həm müsabiqənin, həm də attestasiyanın qanun çərçivəsində, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

 

1 ... 255 256 257 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0073460000000001

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)