Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-da Təhsil ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirildi
ADPU-da Təhsil ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin qəbul etdiyi Tədbirlər Planının 1.6.1.1-ci yarımbəndinə (ali təhsil pilləsinin hər bir səviyyəsi üçün dövlət standartı və təhsil proqramlarının hazırlanması) uyğun olaraq Təhsil nazirinin 22.06.2015-ci il tarixli 689 nömrəli əmri ilə ixtisas qrupları üzrə işçi qruplar yaradılmışdır.

 

Təhsil ixtisasları üzrə işçi qrupun növbəti iclası mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirildi. İclasda universitetin rektoru, professor Cəfər Cəfərov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Təhsil ixtisasları üzrə işçi qrupun rəhbəri, dosent Ənvər Abbasov, işçi qrupun üzvlərindən professor Əbdülsəid Əzizov, dosent Nazim Abbasov, dosent İsabala Qurbanov, ADPU-da kadr hazırlığı həyata keçirilən təhsil ixtisasları üzrə mütəxəssislər iştirak etdilər. İclasda çıxış edən təhsil ixtisasları üzrə işçi qrupun rəhbəri, dosent Ə.Abbasov ixtisaslar üzrə beynəlxalq tələblərə uyğunlaşdırılmış, məzmunca yeni təhsil proqramlarının hazırlanması istiqamətində görüləcək işlər və bu zaman diqqət yetiriləcək əsas məqamları nəzərə çatdırdı. Çıxış edənlər professor Buludxan Xəlilov, professor Fərrux Rüstəmov, professor Ələkbər Qurbanov, professor Zemfira Abdullayeva, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, dosent Şahin Pənahov, dosent Rasim Abdurazaqov, dosent Rəcəb Əliyev, dosent Fəxrəddin Yusifov məzmunca yeni təhsil proqramlarının hazırlanmasının zəruriliyi və ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması ilə əlaqədar görüləcək işlər barədə məlumat verdilər. Sonda rektor Cəfər Cəfərov beynəlxalq tələblərə uyğunlaşdırılmış, məzmunca yeni təhsil proqramlarının hazırlanmasında ADPU-nun aparıcı mövqe tutmalı olduğunu və bu məqsədlə universitetdə alt işçi qruplar yaradıldığını qeyd etdi. Dosent Ə.İmanov ixtisaslar üzrə işçi qrupların tərkibinə universitetdən daxil edilmiş əməkdaşların siyahısını elan etdi. Alt işçi qruplara 15 gün müddətində səriştələrə əsaslanan təhsil proqramlarının hazırlanması və işçi qrupa təqdim edilməsi tapşırıldı.

 

1 ... 256 257 258 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010769

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)