Bu gün: 18 Noyabr 2017, Şənbə
ADPU TEC-nin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçirilib
ADPU TEC-nin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçirilib. Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni və “Koroğlu” uvertürası səslənib.

 

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov TEC-in 74-cü elmi konfransının keçirilməsini müsbət hal kimi qiymətləndirib. Qeyd edib ki, tələbələrin böyük elmə gedən yolu TEC-dən başlayır. Biz tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirləri həyata keçirməli, elmi-tədqiqat işləri aparmalarına diqqət və qayğı göstərməli, onların elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun olmasını təmin etməliyik. Rektor tələbələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini mükəmməl öyrənməyi, bilik və bacarıqlara dərindən yiyələnməyi tövsiyə edib və konfrans iştirakçılarına uğurlar arzulayıb.

         Elmi işlər üzrə prorektor, professor Asəf  Zamanov çıxışında  universitetdə dövri elmi nəşrlərin artması, gənclərin apardıqları elmi-tədqiqat işləri, fənlər üzrə olimpiadaların keçirilməsi, bu olimpiadaların həm elmi, həm yaradıcı istiqamətdə aparılması barədə məlumat verib və olimpiadaların bütün fakültələr üzrə keçirilməsinin vacibliyini qeyd edib. TEC-in fəaliyyətinin daha səmərəli qurulmasının universitetdə tələbələrin elmi fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirib. Professor A.Zamanov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həm kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin, həm də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının yüksək səviyyədə, şəffaf və obyektiv keçirildiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

TEC-in sədri, dosent Əli Zalov çıxış edərək TEC-in böyük və zəngin tarixə malik olduğunu bildirib. Qeyd edib ki, TEC-in məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək,  onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in 74-cü elmi konfransı mühüm əhəmiyyət kəsb edir.

Plenar iclasda tələbələr slayd vasitəsi ilə məruzələrini təqdim ediblər.

         Sonra konfrans öz işini 7 bölmədə-Riyaziyyat, Fizika və texnologiya, Kimya və biologiya, Tarix və coğrafiya, Filologiya, Pedaqogika və psixologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq bölmələrində davam etdirib. Bütövlükdə bölmələrdə 181 məruzə dinlənilib. Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

 

1 ... 259 260 261 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.02621

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)