Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun elmi-tədqiqatları beynəlxalq müstəviyə qaldırılır
ADPU-nun elmi-tədqiqatları beynəlxalq müstəviyə qaldırılır
İctimaiyyətlə əlaqələr şöbəsi
Məlumat üçün bildiririk ki, 24 may 2017-ci il tarixdə ADA Universitetində Azərbaycan və Rumıniya Ali Təhsil Müəssisələrinin Forumu keçirilmişdir. Təhsil nazirinin müavini Firudin Qurbanovun və Rumıniya Təhsil nazirinin müavini Gigel Paraskivin iştirakı ilə keçirilən Foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin və Rumıniyanın 10 ali təhsil müəssisəsinin rəhbərləri, nümayəndələri qatılmışdır.

 

Forumda ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülnar Xəlilova, ADPU-nun Rumıniyada mübadilə proqramı üzrə təhsil almış tələbələri və Filologiya fakültəsinin tələbələri iştirak etmişdirlər. Daha sonra Forumda iştirak edən Rumıniyanın Babeş-Bolyai Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı və Avropaşünaslıq fakültəsinin elmi katibi  xanım Ana Panteanın 25 may 2017-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində görüşü baş tutmuşdur.

ADPU-da keçirilən görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Tədris işləri üzrə prorektor, professor Məlikməmməd Cəbrayılov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülnar Xəlilova, Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəhla Gülməmmədova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişdirlər.

Görüş zamanı prorektor Nigar Abbaszadə qonağa universitetin beynəlxalq əlaqələri haqqında qısa məlumat verərək, 31.05.2011-ci il tarixindən ADPU-nun Rumıniyanın Babeş-Bolyai Universiteti ilə ikitərəfli əməkdaşlığının olduğunu, həmçinin ADPU-ya qoşulmuş AMİ-nin də həmin universitet ilə əməkdaşlıq etdiyini və EMİNENCE layihəsi çərçivəsində iki tələbənin Rumıniyada təhsil aldığını vurğuladı. Eyni zamanda Nigar Abbaszadə ADPU ilə Babeş-Bolyai Universiteti arasında ERASMUS+ çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənəcəyinin əhəmiyyətini diqqətə çatdırdı.

Xanım Ana Pantea Babeş-Bolyai Universitetinin Rumıniyanın ən qədim universiteti olduğunu qeyd etdi, universitetin strukturu, fakültələri, tədris prosesinin həyata keçirilməsi, yenilikləri haqqında ətraflı məlumat verdi, iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Görüşdə iki ölkənin ali təhsil müəssisəsi arasında ERASMUS+ çərçivəsində tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi və digər əməkdaşlıq perspektivləri müzakirə  edildi.

Sonda qonaq xanım Ana Pantea səmimi və işğüzar görüşə görə öz minnətdarlığını bildirdi, əməkdaşlıq əlaqələrinin genişlənəcəyini əminliklə ifadə etdi.

 

1 ... 261 262 263 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007492

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)