Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqımızın, millətimizin tarixində önəmli rol oynayıb.

 

Qeyd edib ki, bu tədbirimizdə xalqımızın vətənpərvər və millətsevər oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edir. Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir tariximizdə, dövlətçilik tariximizdə böyük rol oynayıb. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin  əvvəllərində SSRİ-nin zəifləməsi müttəfiq respublikalarda milli-azadlıq mübarizəsinin güclənməsinə təkan verdi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bayrağımız, himnimiz, gerbimiz yenidən bərpa edildi. Lakin müstəqilliyimizin ilk illəri çox çətin və mürəkkəb şəraitdə keçdi. Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, dünya miqyasında tanıtdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Azərbaycan öz müstəqilliyinin 26-cı ilini yaşayır. Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin, xüsusilə də, gənclərin müqəddəs borcudur.

Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir" mövzusunda məruzə ilə çıxış edib. Dosent N.Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyət göstərdiyi tarixi-siyasi şərait barədə ətraflı məlumat verib. Bildirib ki, XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurası «İstiqlal Bəyannaməsi»ni qəbul etdi. 24 səslə qəbul edilən və 6 bənddən ibarət olan Bəyannamə Azərbaycan xalqının varlığını bütün dünyaya yaydı. Hüquqi və siyasi sənəd olan Bəyannamədə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin əhatə etdiyi ərazinin hüdudları müəyyənləşdirilmiş və dövlətin əsas prinsipləri öz əksini  tapmışdır. «İstiqlal Bəyannaməsi»ndə demokratik dövlətin əsas atributları sayılan hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli və dini mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyət bölgüsü prinsipləri hüquqi cəhətdən təsbit edilmişdi.

23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. Bugünkü müstəqil və güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Qədirbilən xalqımız Cümhuriyyət liderlərinin xatirəsini əziz tutur. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük  tarixi nailiyyəti, ən əziz, ən qiymətli sərvətidir.

Fizika və texnologiya fakültəsinin Ümumi fizika kafedrasının professoru Vaqif Nəsirov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizin xüsusi şərəfli bir səhifəsi olduğunu, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul etdiyini, parlamentarizm ənənələrini formalaşdırdığını, idarəetmənin hüquqi əsaslarını yaratdığını, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığını qeyd ediblər.

Tədbir  çıxışlarla başa çatıb.

 

1 ... 262 263 264 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007853

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)