Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Quba Filialında “Müəllim-tələbə münasibətlərinin humanistləşdirilməsi: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilib
ADPU-nun Quba Filialında “Müəllim-tələbə münasibətlərinin humanistləşdirilməsi: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba Filialında “Müəllim-tələbə münasibətlərinin humanistləşdirilməsi: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilib. Konfransın işində universitetimizin və filialın əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun, Ədəbiyyat İnstitutunun, Folklor İnstitutunun, Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Respublikası Təhsil İnstitutunun tədqiqatçı alimləri, Quba şəhər məktəblərinin müəllimləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransı giriş sözü ilə açan ADPU-nun Quba Filialının direktoru, professor Əli Allahverdiyev 28 May-Respublika Günü münasibətilə keçirilən tədbirdə iştirak edənləri ADPU-nun rektoru, professor Cəfər Cəfərovun adından salamlayaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində universitetdə həyata keçirilən islahatlar haqqında ətraflı danışıb, dinləniləcək məruzələrlə bağlı məlumat verib. Konfransda İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov “Müəllim-tələbə münasibətlərinin humanistləşdirilməsi təlimin keyfiyyətini yüksəltməyin mühüm amili kimi”, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Mətanət Abdullayeva “Humanist pedaqogikada insan fenomeni maddi və mənəvinin vəhdəti kimi”, Təhsil İnstitunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov “Humanizm təhsilin və insanın mənəvi formalaşmasının əsası kimi”, Quba Filialının Pedaqoji fakültəsinin dekanı, dosent Qələmşah İdrisov “Firudin bəy Köçərlinin pedaqoji irsində təhsilin humanistləşdirilməsi meyilləri”, Quba Filialının tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva “Müasir dövrdə müəllim-tələbə münasibətlərinin humanistləşdirilməsində İKT-dən istifadə” mövzusunda məruzələrlə çıxış ediblər. Maraqlı məzmunu və fərqli təqdimatları ilə yaddaqalan məruzələrin ana xəttini pedaqoji fəaliyyətin humanistləşdirilməsinin istiqamətləri təşkil edib. Qeyd edilib ki, şagirdin bir şəxsiyyət kimi formalaşdırılması və inkişaf etdirilməsi üçün təhsil humanistləşdirilməli, demokratikləşdirilməli, humanitarlaşdırılmalı, təlim inkişafetdirici və tərbiyəedici olmalı, fərdiləşdirilməli və diferensiallaşdırılmalıdır. Təhsilin humanistləşdirilməsi bir tərəfdən müəllim-şagird, şagird-şagird münasibətlərinin humanistləşdirilməsini, digər tərəfdən təlimin və tərbiyənin məzmununun, forma və metodlarının elə qurulmasını nəzərdə tutur ki, bu zaman hər bir şagirdin fərdiyyətinin, idrakının, şəxsiyyətəməxsus keyfiyyətlərinin səmərəli inkişafı təmin olunur, uşağın yaxşı oxuya bilməsi və yaxşı oxumaq istəməsi üçün əlverişli şərait yaradılır. Təhsilin humanistləşdirilməsi, ilk növbədə, şagirdin təlim prosesində bilavasitə inkişaf etdirilməsini, özünü bir şəxsiyyət kimi təsdiq etməsi, özünüreallaşdırması üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

 

1 ... 264 265 266 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007187

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)