Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Ağcabədi Filialında şair Təvəkkül Yanarın 80 illik yubileyi qeyd edilib
ADPU-nun Ağcabədi Filialında şair Təvəkkül Yanarın 80 illik yubileyi qeyd edilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında şair Təvəkkül Yanarın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.Yığıncaqda ziyalılar, şairin qələm dostları, ağsaqqallar, media nümayəndələri iştirak ediblər.

 

ADPU-nun Ağcabədi Filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Natiq çağdaş ədəbiyyatımızda özünəməxsus yeri və imzası olan istedadlı qələm sahibinin yaradıcılığına məxsus başlıca məziyyətlərdən danışıb. Qeyd edib ki, əyalətdə yaşayıb-yaradan şairin şeirləri əsl poeziya nümunələri kimi həmişə diqqəti çəkib, xalq tərəfindən sevilib və məhəbbətlə qarşılanıb. Bugünki yubiley tədbiri də məhz Təvəkkül Yanar poeziyasına olan bu məhəbbətin aydın təzahürüdür. Filialın dosenti, filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyev “Təvəkkül Yanar yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Məruzədə tanınmış söz ustasının əsərlərinin dil, üslub və sənətkarlıq xüsusiyyətlərindən söz açılıb, geniş təhlil aparılıb. Qeyd olunub ki, Təvəkkül Yanar bütün yaradıcılığı boyu özünü vətənpərvər, torpağa, xalqa bağlı açıqfikirli sənətkar kimi təsdiqləyib. Təsadüfi deyildir ki, Vətən, Qarabağ, el-oba mövzusu onun yaradıcılığında xüsusi bir xətt kimi keçir. Əyalətdə yaşayan şairin şeirləri bu səbəbdən də dillərdə dolaşıb, xalq arasında geniş yayılıb. Təbii ki, bu əsərlər əsasında bəstələnmiş gözəl mahnılara sənətkarlar tərəfindən tez-tez müraciətlər olunur. Filialın dosenti Sabir Məmmədov “Təvəkkül Yanarın poemaları haqqında” məruzəsində hərtərəfli yaradıcılığa malik qələm sahibinin irihəcmli əsərlərində də öz poetik imkanlarına, istedadına sadiq qaldığını, sadə və aydın dili ilə real həyat hadisələrini ustalıqla əks etdirdiyini vurğulayıb. Yığıncaqda Əməkdar jurnalist, yazıçı-publisist Ziyəddin Sultanov, şair Tofiq Zeynal, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyev, şairin həmyerlisi Aqil İsmayılov, rayon ziyalısı Əli Bədəlov çıxış edərək Təvəkkül Yanar poeziyası barədə səmimi ürək sözlərini bildirib, şair haqqında öz xoş xatirələrini bölüşüblər. Çıxışlarda həmçinin cəbhə bölgəsində yerləşən ali təhsil müəssisəsində belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb, tədbiri təşkil edib, ərsəyə gətirənlərə minnətdarlıq ifadə olunub. Yerli xanəndələr Elnur Cəfərov, İsa Məmmədov, Cəfər Qurbanov, Elgiz Məmmədov, Bəhram Yusibovun məharətlə ifa etdikləri muğam və xalq mahnıları, Rəncbərlər kənd tam orta məktəbin şagirdləri və filialın tələbələri tərəfindən təqdim olunan Təvəkkül Yanarın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya yubiley iştirakçıları tərəfindən böyük maraq və ruh yüksəkliyi ilə qarşılanıb. Sonda şairin oğlu İlqar Səlimov söz alaraq Təvəkkül Yanar yaradıcılığına yüksək dəyər verdiklərinə görə yubiley tədbirinin təşkilatçılarına və bütün iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirib.

 

1 ... 265 266 267 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008483

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)