Bu gün: 19 Noyabr 2017, Bazar
Dosent Zenfira Tağıyevaya təşəkkür elan edilib
Dosent Zenfira Tağıyevaya təşəkkür elan edilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) öz bilik və peşəkarlıq səviyyəsi, nümunəvi və vicdanlı əməyi ilə seçilən müəllim və əməkdaşlara diqqət və qayğı göstərilməsi müsbət ənənə halını alıb. İstedadlı və təcrübəli pedaqoq-alim, ADPU-nun Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, dosent Zenfira Əsgər qızı Tağıyevanın təşəkkürə layiq görülməsi bunun bariz nümunəsidir.

 

Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə dosent Zenfira Tağıyevaya universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə təşəkkür elan edilib. Qeyd edək ki, Zenfira Tağıyeva 1940-cı il yanvar ayının 17-də Bakı şəhərində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. Bir müddət Ağdaş şəhərindəki 8 nömrəli orta məktəbdə müəllim və AMEA-nın Kibernetika İnstitutunda əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi işləyib. 1967-ci ildə ADPU-nun Hesablama riyaziyyatı və informatika kafedrasında baş müəllim kimi fəaliyyətə başlayıb. Fizika-riyaziyyat elmləri namizədi, dosent Zenfira Tağıyeva müxtəlif vaxtlarda Riyaziyyat və informatika fakültəsində dekan müavini və dekan vəzifələrində çalışıb. 1998-ci ildən Hesablama riyaziyyatı və informatika kafedrasının müdiridir. 60-dan çox elmi-metodik məqalənin, 7 dərs vəsaitinin, bir neçə metodik vəsait və proqramın müəllifidir. Məlumat üçün onu da bildirək ki, Zenfira Tağıyeva bundan sonra həmin kafedrada dosent kimi pedaqoji fəaliyyətini davam etdirəcək.

Mayın 31-də rektor Cəfər Cəfərov fakültənin və kafedranın əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda dosent Zenfira Tağıyevaya təşəkkürü təqdim edib, ona ən xos, ən səmimi arzularını bildirib, əməkdaşlara Zenfira müəllimənin böyük təcrübəsindən faydalanmağı tövsiyə edib. Dosent Zenfira Tağıyeva da öz növbəsində onun əməyinə layiqli qiymət verildiyinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfov,  kafedranın professoru Əlif Məmmədov, dosent Rövşən Hümbətəliyev çıxış edərək Zenfira Tağıyevanın fəaliyyətini yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar.

 

1 ... 268 269 270 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.029297

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)