Bu gün: 18 Noyabr 2017, Şənbə
Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasına yeni müdir təyin edilib
Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasına yeni müdir təyin edilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasına yeni müdir təyin edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 31 may 2017-ci il tarixli 456-k saylı əmri ilə Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti, fizika –riyaziyyat üzrə elmlər doktoru Rövşən Zülfüqar oğlu Hümbətəliyev həmin kafedranın müdiri təyin edilib. Rektor Cəfər Cəfərov kafedrada keçirilən tədbirdə Rövşən Hümbətəliyevi əməkdaşlara təqdim edərək ona həyatda və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Dosent Rövşən Hümbətəliyev də öz növbəsində bu təyinata görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və ona göstərilən etimadı doğruldacağını bildirib.

 

Qeyd edək ki, Rövşən Hümbətəliyev 1970-ci il noyabr ayının 6-da Qubadlı rayonunun Mollu kəndində anadan olub. 1987-ci ildə Leninqrad Elektrotexnika İnstitutuna daxil olub, 1990-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq həmin institutu tərk edib. 1990-1996-cı illərdə Bakı Dövlət Universitetində (BDU) Mexaniki-riyaziyyat fakültəsində ali təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1996-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) aspirantı olub. 2000-ci ildə namizədlik dissertasiyasının müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2004-cü ildə ona  “Riyazi analiz” ixtisası üzrə dosent elmi adı verilib. 2013-cü ildə riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 2015-ci il may ayından Beynəlxalq Pedaqoji Akademiyanın müxbir üzvü, 2015-ci il noyabr ayından Nyu-York  Elmlər Akademiyasının həqiqi  üzvüdür. 2016-cı il iyul ayında Rusiya Təbiət  Elmləri Akademiyasının müxbir  üzvü seçilib.

2014-cü ildən Beynəlxalq “Caspian Journal”ın redaksiya heyətinin üzvüdür. 2016-cı ildən Avropa Elm Mərkəzi və Rusiya Təbiət Elmləri Akademiyasının təsis etdiyi elmi-tədqiqatlara görə “M.V.Lomonosov” adına qızıl medalla, pedaqoji fəaliyyət görə “K.D.Uşinski” adına qızıl medalla, Rusiya Təbiət Elmləri Akademiyası elmi xidmətlərinə görə “Ekaterinı Velikoy” və “Əməkdar elm və texnika” ordenləri ilə mükafatlandırılıb.

1992-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin Fizika kafedrasında laborant, 1995-2012-ci illərdə  AMEA RMİ-də laborant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işləyib. 2012-ci ildən Azərbaycan Kooperasiya Universitetinin Riyaziyyat və informatika kafedrasında dosent, 2014-ci ildən isə Tətbiqi riyaziyyat kafedrasında professor əvəzi vəzifəsində işləyib. 26 oktyabr 2016-cı ildən ADPU-da Hesablama riyaziyyatı və informatika kafedrasında dosent vəzifəsində işləyib.

48 məqalənin, 27 tezisin, 2 monoqrafiyanın, 7 dərslik və 2 dərs vəsaitinin müəllifidir.

 

1 ... 269 270 271 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.022864

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)