Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Heydər Əliyev Mərkəzində 28 May – Respublika Günü qeyd edildi
ADPU-nun Heydər Əliyev Mərkəzində 28 May – Respublika Günü qeyd edildi
Nigar Aslanova, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri
Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) ilə birgə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova Azərbaycanın heç də asan əldə olunmayan müstəqillik yolundan bəhs etdi.

 

Qeyd etdi ki,  ilk müstəqillik 1918-ci ildə qazanılmış, cəmi 23 ay davam etmişdir. Ulu öndər Heydər Əliyev 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə irəliləyişlər əldə edilmiş, Azərbaycanın müstəqilliyinin bazası formalaşdırılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkəmizin üzləşdiyi parçalanmaq təhlükəsinin qarşısını aldı, xalqın xilaskarı oldu. Haqlı olaraq deyilmişdir ki, "Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır". Vurğulandı ki, Ümummilli Liderin ən böyük xidmətlərindən biri də cəbhə xəttində atəşkəsə nail olunmasıdır. Heydər Əliyevin həyata keçirdiyi böyük layihələr, ordu quruculuğu, xarici investorların ölkəmizə cəlb olunması istiqamətindəki yorulmaz fəaliyyəti bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycan bütün dünyaya günəş kimi doğdu. Ulu Öndərin apardığı siyasətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri gənclər siyasətindən, idmana olan böyük qayğıdan bəhs edildi.

ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edərək 99 il əvvəl Şərqdə ilk müstəqil respublika – Azərbaycan Demokratik Respublikasının yaranmasının əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində – 23 ay yaşasa da, həmin dövrdə dövlətçilik naminə mühüm işlər həyata keçirildi. 100 ildən çox rus imperiyasının təsiri altında olan Azərbaycan öz müstəqilliyinə qovuşdu. Azərbaycan Demokratik Respublikasının himni, gerbi və bayrağı təsdiq edildi, Milli Ordusu, 20-dən çox xarici ölkədə diplomatik nümayəndəlikləri yaradıldı. İqtisadi, sosial, xarici siyasət sahələrində bir sıra uğurlar əldə edildi.

Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra Azərbaycanın dinamik inkişafı bütün sahələrdə özünü göstərdi. Professor A.Zamanov çıxışında Ulu Öndərin kadr hazırlığı sahəsindəki fəaliyyəti, azərbaycanlı gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə, həmçinin Elmlər Akademiyası sistemində təhsil almağa göndərilməsini Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Bu gün Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası, 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2013-cü ildən dünyanın kosmik ölkələri sırasına daxil olması, 70-dən çox ölkədə diplomatik nümayəndəliklərinin uğurla fəaliyət göstərməsi, Azərbaycan bayrağının həmin ölkələrdə şərəflə, qürurla dalğalanmasını diqqətə çəkən professor A.Zamanov əldə edilən bu uğurların əsasının 1918-ci ildə qoyulduğunu vurğuladı. Bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olundu ki, artıq müstəqilliyin bərpasının 25 illiyi qeyd edilmişdir,  18 oktyabr 2018-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin 100 illiyi qeyd olunacaqdır. Sonda professor A.Zamanov tədbir iştirakçılarını 28 may – Respublika Günü münasibətilə bir daha təbrik etdi, Nərimanov RİH ilə birgə silsilə tədbirlərin gələcəkdə də keçiriləcəyini diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbirin Heydər Əliyev Mərkəzində keçirilməsini yüksək qiymətləndiridi, ondan öncə dəyərli fikirlər səsləndirən çıxışçılarla həmfikir olduğunu dilə gətirdi. Azərbaycan xalqının 1919-cu, 1991-ci illərdə qarşılaşdığı çətinliklərdən geniş söhbət açıldı. Ümummilli Liderin Azərbaycana qayıdışından sonrakı fəaliyyətinə nəzər salan T.Tağıyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlaması istiqamətindəki gördüyü işlərdən danışdı.

ADPU-nun Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev çıxışında Azərbaycan Demokratik Respublikasının yaranmasından, onun əsas qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən, rus imperiyasının Azərbaycana qarşı olan qərəzli münasibətindən, xalqın mübarizə yolundan, ölkədə baş qaldıran təbəddülatlardan ətraflı bəhs etdi.   

Qeyd edək ki, tədbirdə Nərimanov RİH-in başçısının müavini İlqar Mirzəyev, Nərimanov rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və liseylərinin direktorları, ADPU-nun professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.

28 may – Respublika Gününə həsr olunmuş tədbir Bakı şəhəri 193 və 202 nömrəli tam orta məktəblərin şagirdlərinin vətənpərvərlik mövzusunda səsləndirdikləri şeir və mahnılardan ibarət ədəbi-bədii kompozisiya ilə davam etdi.

Sonda tədbir iştirakçıları Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirdilər. Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova Mərkəzdə yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə minnətdarlığını bildirdi.

 

1 ... 270 271 272 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.00747

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)