Bu gün: 24 Sentyabr 2017, Bazar
Filologiya fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans
Filologiya fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans
Filologiya fakültəsi
31 may 2017- ci il tarixdə Filologiya fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfransı keçirilmişdir. Universitetimizin böyük akt zalında təşkil edilmiş konfransda rektor, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, fakültə dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, dekan müavinləri filologiya elmləri doktoru Məhərrəm Hüseynov və dosent Pəri Paşayeva, universitetin istehsalat və pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova, kafedra müdirləri, fakültənin professor-müəllim heyyəti və tələbələr iştirak edirdilər.

 

Konfrans dövlət himnimizin səslənməsi ilə başlandı. Daha sonra dekan Buludxan Xəlilov tələbələri bu gün münasibətilə ilə təbrik etdi. Tələbəlik illərində pedaqoji təcrübənin onların həyatında böyük önəm daşıdığını bildirdi. Tələbəlik  insan ömrünün məsuliyyətli və şərəfli bir dövrüdür. İnsanın dünyagörüşünün zənginləşməsi, intellekt və fiziki cəhətdən formalaşması məhz bu dövrə təsadüf olunur. Buna görə də müəllimlər tələbələrin ziyalı, vətəninə layiqli vətəndaş kimi yetişməsi üçün əlindən gələni əsirgəməməlidir. Əgər bir insan özünə müəllim deyərsə o, öz müəllimini keçməlidir və özünü keçən heç olmazsa yetişdirməlidir. Eyni zamanda tələbələrin 95 və 138 saylı məktəblərdəki uğurlu pedaqoji təcrübəsindən danışdı. Bundan əlavə “Açıq qapı” layihəsi ilə əlaqədar 15 məktəblə qurulan pedaqoji əlaqələrin həm universitet, həm də tələbə və şagird həyatındakı önəmini xüsusi vurğuladı. Çıxışının sonunda təcrübədən qayıdan tələbələrə gələcək işlərində uğurlar arzuladı.

Daha sonra çıxış üçün söz universitetin istehsalat və pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədovaya verildi. Solmaz Məmmədova konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, 2016-2017-ci tədris ilində bakalavr təhsil pilləsi üzrə Filologiya fakültəsinin əyani şöbə“Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası tələbələri universitetin tədris planına uyğun olaraq 411-412-ci qrup tələbələri 16 fevral 2017-ci il tarixindən pedaqoji təcrübəyə başlamış, 31 may 2017-ci il tarixində pedaqoji təcrübələri başa çatmışdır.

Hər kəsə məlumdur ki, nəzəri biliklərin təcrübədə tətbiqi və müəllim hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin həmişə diqqət mərkəzində olmuşdur. Müəllim peşəkarlığı, onun cəmiyyətdəki rolu və gənc nəslin həyata hazırlanmasında sərf etdiyi dəyərli əməyi Ulu Öndərimiz Heydər Əliyev yüksək qiymətləndirmişdir.

Pedaqoji təcrübənin vəzifəsi: tələbələri gələcəyin müəllimi kimi formalaşdırmaq, onu pedaqoji fəaliyyətin uğurla həyata keçirilməsi üçün lazım olan bilik, bacarıq və vərdişlərə yiyələndirmək müasir dərsin strategiya və taktikasını mənimsətməkdən ibarətdir.

Pedaqoji təcrübənin mütəşəkkil və yüksək səviyyədə keçirilməsi məqsədilə, universitetin tədris şöbəsi, fakültə dekanları və müvafiq kafedralar tərəfindən hazırlıq işləri görülmüş, təcrübəçi tələbələr və müəllimlər üçün təqdimat hazırlanmış, məktəb üzrə qrup şəklində müvafiq bölgülər aparılmış, həmin qruplara ixtisas metodistləri pedaqoqlar və psixoloqlar eləcə də məktəblərdə fəaliyyət göstərən direktor, onu müavin və məktəb müəllimləri işə cəlb edilmişdir. Pedaqoji təcrübə Bakının Xətai rayonunda yerləşən 95 və 138 № - li tam orta məktəbdə təşkile dilmişdir. 411-ci qrup 30 nəfər olmaqla 95 nömrəli məktəbdə, 412-ci qrup 29 tələbə olmaqla 138 nömrəli məktəbdə pedaqoji təcrübədə olmuşlar. Ümumilikdə 59 tələbə universitetə böyük nüfuz gətirərək həvəslə və səylə pedaqoji təcrübəni başa çatdırdılar. Pedaqoji təcrübə müddətində işfəaliyyətini düzgün və səmərəli təşkilində, effektliliyinin artırılmasında tələb olunan səviyyədə işini təşkil edən müəllimlərə misal olaraq bir neçəsinin adını qeyd etmək istəyirəm: professor Fikrət Xalıqovu, dos. Şəlalə Mahmudovanı, Esmira Məm­mədovanı, Sevda Abbasovanı, dos. Nabat Cəfərovanı, dos. Sevda Tağıyevanı, dos. Bilal Həsənlini, dos. Aygün Əhmədovanı, dos. Günəş Əfəndiyevanı, dos. Ceyran Orucovanı, dos. Tənzilə Əliyevanı göstərə bilərik. Çıxışının sonunda bu müddət ərzində pedaqoji təcrübənin mütəşəkkil və səmərəli icra olunmasında köməklik gös­tər­dikləri üçün universitet və fakültə rəhbərliyinə və eləcə də bütün müəllim, tələbə he­yətinə, konfransda iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirdi.

Daha sonra pedaqoji təcrübədə fəal iştirakı münasibətilə 13 tələbə dekan tərəfindən mükafatlandırıldı və tələbələrin açıq dərslərindən bəzi məqamlar, “müsahibələr” rubrikası təqdim olundu. Konfrans tələbələrin ifasında şeir və musiqi ilə sona çatdı.

 

1 ... 278 279 280 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007557

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)