Bu gün: 24 Sentyabr 2017, Bazar
“Uğurumun sirri yalnız işləməkdir”- Uğur hekayəsi
“Uğurumun sirri yalnız işləməkdir”- Uğur hekayəsi
 
İşdən qorxmur. Deyir ki, əgər hansısa bir işi görməlidirsə, saatına baxmadan, hətta evdə də işləyir. Hətta bacaracağı bir işi görmək üçün tapşırıq verilməsini də gözləmir. Uğurun sirri də ona görə yalnız və yalnız işləməkdir. Müsahibimiz 25 yaşında Azərbaycan Dövlət Pedaqoji Universitetinin inzibati təsərrüfat işləri üzrə prorektoru təyin edilən Ümid Mehdiyevdir.

 

Məlumat üçün qeyd edək ki, Ümid Mehdiyev 1991-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. 3 yaşı olanda ailəsi Moskvaya köçür. Buna görə də orta təhsilini 6-cı sinfə qədər orda alır. Sonra ailəsi Bakıya qayıdır və o təhsilini N.Nərimanov rayonunda 258 saylı məktəbdə davam etdirir. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetlində inkişaf edən texnologiyaların iqtisadiyyata tətbiqi ixtisasında alır. Magistr təhsilini Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə Böyük Britaniyanın Liverpul Universitetində davam etdirib.

- Yeni təyin olunmusunuz, təbrik edirik. İşləriniz necə gedir? - Təşəkkür edirəm. Düzü, təyinat imtahan ərəfəsində oldu deyə, bir az gərginlik varıydı. Amma işə tam uyğunlaşmağa çalışıram. Kollektiv də bunun üçün mənə böyük kömək göstərir. İşləri normal qaydada görməyə, imtahanda, tədrisdə hansısa arakəsmə, maneələr olmamasına çalışırıq.

- Əvvəllər bizdə nəinki prorektorlar, dekanlar, hətta müavinləri belə müəyyən bir yaşa çatmış, illərin təcrübəsini qazanmış şəxslər olurdular. Amma artıq gənclərin təyinatı ilə bağlı xəbərləri tez-tez eşitməyə başlayırıq. Əvvəlki yanaşma ilə desək, indiki işiniz yaşınıza görə çətin deyil ki?

- Hər bir işə yeni başlayanda müəyyən çətinlik ola bilər. Buna çətinlik də yox, kollektivə tam uyğunlaşma mərhələsi deyərdim. Amma sağ olsun burdakı kollektiv həmin mərhələnin bir neçə gündən çox olmasına qoymadı. Yaşlı və ya gənc olmasından asılı olmayaraq, kadrın özündən, bacarığından çox şey asılıdır. Düzdür, əvvəl siz dediyiniz o stereotip varıydı. Amma indi ölkədə islahatlar gedir, həmin stereotiplər də yavaş-yavaş aradan qalxır. Təhsil nazirimiz özü də 37 yaşında təyin olunmuşdu. Ən cavan nazir idi. Azər İmanquliyev isə 31 yaşında Bakı Mühəndislik Universitetinə prorektor təyin olunub. Kadrların cavanlaşdırılması siyasəti gedir. Bu, zamanla öz töhfəsini verəcək. Gənc kadr olaraq biz də öz bacarığımızı əsirgəməyərək, əlimizdən gələni edəcəyik ki, çalışdığımız sahədə irəliləyişə nail olaq.

- Təyinat olanda "birdən bacarmaram” kimi içinizdə qorxu yaşadınızmı? - Qorxusuz insan olmur. Amma yenə də məni bu yerə layiq görüblərsə, ən əsası, bu etimadı göstəriblərsə, iş görmək lazımdır. Bizdən qorxu yox, iş tələb edirlər. Ona görə qorxunu kənara qoyub işə başladım. Qorxu hissi də bir az məsuliyyətdən doğur, məsuliyyət isə hər bir işdə olmalıdır.

- Qeyd etdiniz ki, uyğunlaşmaq çətin olmadı. Nə qədər vaxtdır bu universitetdə çalışırsınız? - Ötən il avqustun 1-dən burda çalışıram. Əvvəl rektorun köməkçisi idim.

- Universitetdən əvvəlki iş təcrübənizdən danışaq. Gənc yaşda belə bir təyinatdan öncəki təcrübə də maraqlıdır... - Ümumilikdə iş təcrübəm 2010-cu ildən başlayıb. Universitetdə oxuya-oxuya yarımştat Amerikanın LT Scientific şirkətinin Bakı filialında çalışırdım. Yenə də təhsil, elm sahəsində işləyirdim. Həmin şirkət universitetləri, elmi institutları laboratoriyalarla və digər avadanlıqlarla təchiz edirdi. 4 ilə yaxın orda təchizat mütəxəssisi işləmişəm. Sonra 7 ay ofis adminstratoru işləmişəm. Sonra artıq magistr təhsili üçün xaricə getdim. ADPU-ya gəlməmişdən əvvəl isə 4 ay Silk Way Technics şirkətində təchizat logistika departamentində inventarın baş koordinatoru işləmişəm.

- İş təcrübəniz əslində az deyil, amma nədənsə adama elə gəlir ki, hər şey bir az sürətli gedib... - Təvazökarlıqdan uzaq olmasın, amma mən evdə də işləyirəm. Özümü iş saatında işləmək kimi bir rejimə kökləməmişəm də. İş varsa, mən onu saata baxmadan görəcəyəm.

- İşləməkdən qorxan insan deyilsiniz, yəni? - İş varsa, onu yarımçıq qoymağı, yola verməyi sevmirəm. İş görülürsə, məsuliyyətlə yanaşıram ki, sabah problemi olmasın.

- Universitetdə oxuyan tələbələrdən bir neçəsindən maraqlandım. Deyirlər ki, məsuliyyətli adamdır. Prorektor olmamışdan öncə hansısa xırda bir iş üçün gedəndə zəng etmirdi, özü durub birbaşa bizimlə gedib həll etməyə çalışırdı... - Tələbələrə yanaşma məsələsi var. Mən özüm də tələbə olmuşam. Əvvəllər hər yerdə tələbələrə qarşı müəyyən stereotiplər varıydı. İdarəedici heyət dəyişdikcə bu problemlər aradan qalxır. Amma yenə də bəzi müəllimlərim tələbələrlə münasibətində SSRİ dövründən qalma yanaşmalar olur. Tələbə isə yetkin insandır, öhdəlikləri ilə yanaşı hüquqları var. Bəzən tələbə ilə müəllim arasında xırda problemlər olur. Tələbələrin öz problemləri olduğu üçün bir az emosional yanaşırlar. Mən də az qala tələbələr yaşdayam, ona görə çalışıram ki, elə şəkildə kömək edim ki, hər iki tərəf razılığa gəlsinlər.

- İş rejiminiz necədir? Çünki bayaq qeyd etdiniz ki evdə də işləyirəm... - Düşünürəm ki, rəhbər hələ işdədirsə, iş saatı bitsə belə, mənim evə getməyim düz alınmır. Çünki rəhbər burdadırsa, deməli, iş görülür və mən hər an lazım ola bilərəm. İş varsa, rektor gedəndən sonra da qalıb işləyirəm, rəhbər gedəndən sonra çıxmıram (gülür A.A). Bizdə iş səhər 9.00-da başlasa da, mən 15-20 dəqiqə əvvəl gəlib, universiteti gəzirəm, problem və ya çatışmazlıq olub-olmaması ilə maraqlanıram.

- Dəyişikliyə, yeniliyə nə dərəcə meyilli insansız? - Bizdə adətən hansısa yeniliyi gözləyəndə düşünürlər ki, "dəyişin” deməklə yenilənir. Amma bu, elə olmur. Dəyişiklik tədricən olur. Ola bilər işləri görən adam özü fikir vermir, dəyişikliyi görmür, amma kənardan bu görünür. Dəyişiklik heç nədən ortaya çıxmır, edəndə də gərək elə edəsən ki, sonra problemi çıxmasın. Planlı olaraq hansısa bir işin görülməsi, yenilənməsi aparılmalıdır. Bütün aspektlər nəzərə alınmalıdır. Etmək istədiyim yeniliklər çoxdur, amma bunun üçün mənə vaxt lazımdır.

- Plan məsələsini vurğuladınız. Bir çox insanlar müəyyən bir plan tərtib edirlər və karyeralarında, işlərində onu tətbiq edirlər. Siz də planla işləyirsiniz? - Ümumi götürəndə strateji və taktiki yanaşma var. Strateji daha uzunmüddətli, təxminən 3-5 ilə hesablanır. Strategiya elə qurulmalıdır ki, həmin müddətdə iş mükəmməl şəkildə icra olunsun. Taktiki plan isə hansısa işin qısa müddətli dövrdə icrasını nəzərdə tutur. Tutaq ki taktiki olaraq adam özü üçün müəyyən bir plan qurur ki, həyətin abadlaşmasını 3-4 aya görəcək. Ümumilikdə götürəndə universitetdə tam istədiyim imicin qurulması, fikirləşdiyim işləri görmək üçün mənə 3 il lazım olacaq. Zamanlara görə bölmüşəm ki, hansı dövrdə hansı işləri görəcəyəm.

- Bu universitetdə təhsil alanların çoxu xanımlardır. Xanımlarla dil tapmağın isə çətin olduğunu deyirlər. Bu cəhətdən probleminiz olmur ki? - (Gülür A.A) İndiki işimdə xanımlarla elə təmasım olmur. Amma əvvəl rektorun köməkçisi olanda olurdu. Adətən xanımla xanımın yola getməsi çətin olur. Amma onlar tələbədirlər, mən də tələbə olmuşam, problemlərini anlayıram. Bu, sadəcə işdir və həmişə çalışmışıq ki, məsuliyyətlə yanaşıb kömək edək. Qadınlar daha emosional olur. Məsələn, müəllimlərlə problemləri olanda müəllimə zəng vurmaqla onları yola salsaq, dil tapmaqda problem olardı. Amma durub özüm gedirdim ki, xanım bu işə diqqətli yanaşma olduğunu hiss etsin.

- Yaşınız və olduğunuz yerə görə sizi uğurlu adlandırmaq olar? - Etimad göstərib bu yerə təyin edənlərə təşəkkürümü bildirirəm. Mənə həvalə edilən hazırkı işin öhdəsindən lazımınca gəlsəm və hiss olunacaq dəyişikliklərə nail olsaq, bunu uğur adlandırmaq olar. Hazırda bu yaşım üçün olduğum yer uğurdur. Bu yaşda bu yerdə olmaq böyük etimaddır, qürurvericidir, amma həm də böyük məsuliyyətdir. Bu məsuliyyəti uğurla başa çatdırmaq üçün iş görmək lazımdır. Yalnız ondan sonra karyeramda uğurun davam etdiyini demək olar. Karyeram indiyə qədər uğurla davam edir. Bundan sonrasını gətirmək üçün də çalışmalıyam.

- Uğurlu insan sizə görə kimdir? - Uğur haqqında hər kəsin öz fikri ola bilər. Mənə görə ailəmin hansısa nailiyyətimə sevinməsi mənim üçün uğurdur. İş görərkən prinsipim hansısa vəzifə olmayıb. Mən bu prinsipi qəbul edirəm ki, işini görəndən sonra insanlar onu qiymətləndirəcəklər. Lazım gəldikdə rəhbər şəxslər sizi irəli çəkəcəklər. Özünü göstərmək, yaxud başqa nə iləsə gözə girmək mənlik deyil. Başımı aşağı salıb işimi görmüşəm, vəzifə xatirinə çalışmamışam.

- Uğurunuzun sirri də işə bu cür yanaşmanızdır? - Bəli, mən heç kimdən nə vəzifə gözləmişəm, nə də görə biləcəyim işi etmək üçün tapşırıq verilməyini. Əgər universitetdə hansısa bir problem varsa, mənim sahəmə aidiyyəti olmasa belə, əgər bacarıramsa, o işi görmək üçün tapşırıq verilməsini gözləmirəm. Uğurumun sirri yalnız işləməkdir.

"KASPİ" qəzeti 2 iyun 2017-ci il

 

1 ... 279 280 281 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007811

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)