Bu gün: 18 Noyabr 2017, Şənbə
ADPU-nun Quba Filialında Müasir Azərbaycan dili kafedrasının əməkdaşları ilə görüş keçirildi
ADPU-nun Quba Filialında Müasir Azərbaycan dili kafedrasının əməkdaşları ilə görüş keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının əməkdaşları Quba Filialında tələbə və müəllim kollektivi ilə görüşmüş, onlarla söhbət aparmış, rəy və təklifləri dinləmişlər. Həmçinin həmin kafedranın müdiri, filologiya üzrə elmlər doktoru Mahirə Hüseynovanın “Müasir Azərbaycan dili: Punktuasiya” kitabının təqdimati keçirilmişdir. Təqdimatda görkəmli alim, Müasir Azərbaycan dili kafedrasının banisi, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin və həmin kafedranın əməkdaşlarının müxtəlif kitabları filialın Ədəbiyyat və dillər kafedrasına hədiyyə edilmişdir. Qeyd edək ki, görüş Müasir Azərbaycan dili kafedrasının və filialın Ədəbiyyat və dillər kafedrasının arasında başlanan işgüzar əməkdaşlıq münasibətlərinin nəticəsi kimi baş tutmuşdur.

 

Görüşdə filologiya üzrə elmlər doktoru, professor Mirvari İsmayılova, filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzov, filologiya üzrə fəlsəfə doktoru, dosent Minaxanım Nəzərova, filialın direktoru, professor Əli Allahverdiyev, Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, Qələmşah İdrisov, Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy, kafedranın müəllimləri və tələbə-gənclər iştirak etmişlər. Görüşdə 100-ə yaxın kitab, dərs vəsaiti, proqram iştirakçılara təqdim olunmuş, M.Hüseynova kitablar, elmi əsərlər, proqramlar haqqında ətraflı məlumat vermiş, rəy və təklifləri dinləmişdir. M. Hüseynova qeyd etmişdir ki, əməkdaşlığımız daha da genişlənəcək, gələcəkdə müxtəlif birgə tədbirlər, seminarlar, ustad dərsləri təşkil olunacaq, qarşılıqlı fəaliyyət hər iki kafedranın, eləcə də bütün universitetin elmi potensialının yüksəldilməsinə, təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəkdir.

 

1 ... 281 282 283 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.027936

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)