Bu gün: 19 Noyabr 2017, Bazar
İbtidai təhsil fakültəsində pedaqoji təcrübəyə həsr olunmuş konfrans
İbtidai təhsil fakültəsində pedaqoji təcrübəyə həsr olunmuş konfrans
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının əyani şöbəsi üzrə son tədris ili tələbələrinin (408, 409, 410-cu qruplar) pedaqoji təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

 

Konfransın işində ADPU üzrə pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova, IV tədris ilinin tələbələri, fənn metodistləri, pedaqoq və psixoloqlar iştirak ediblər. Konfransı giriş sözü ilə açan fakültə dekanı, professor Fərrux Rüstəmov 16 fevral -31 may 2017-ci il tarixinədək Bakı şəhərinin 42, 47, 200 nömrəli tam orta məktəblərində keçirilən pedaqoji təcrübə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 42 nömrəli tam orta məktəbdə 21 nəfər tələbə, 47 nömrəli tam orta məktəbdə 20 nəfər tələbə, 200 nömrəli tam orta məktəbdə 20 nəfər tələbə “Ana dili”, “Riyaziyyat”, “Xarici dil”, “Həyat bilgisi”, “Fiziki tərbiyə”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “İnformatika” fənlərindən pedaqoji təcrübədə olub, sınaq dərsləri veriblər. Pedaqoji təcrübə tələbənin nəzəri hazırlığı ilə onun tədris-tərbiyə müəssisəsində müstəqil fəaliyyətini əlaqələndirir. Tələbə auditoriyada öyrəndiyi nəzəri bilikləri pedaqoji təcrübədə tətbiq edir və bununla da elmi biliklərin həyati əhəmiyyətini dərk edir, öyrəndiklərindən daha şüurlu və fəal surətdə istifadə etməyə çalışır. Tələbələr məktəbin təlim-tərbiyə işləri ilə tanış olur, ibtidai sinif müəlliminin köməkçisi kimi fəaliyyət göstərir, metodik işin təşkilində və tədqiqatçılıq fəaliyyətində yaxından iştirak edirlər.

ADPU üzrə pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova çıxış edərək pedaqoji təcrübənin yüksək səviyyədə təşkilindən razılığını ifadə edib, məktəb rəhbərlərinin tələbələrlə bağlı  xoş sözlərini tədbir iştirakçılarına çatdırıb. Tədbirdə çıxış edən pedaqoq və metodistlərdən dosent Aybəniz Haşimova, dosent Svetlana Məmmədova, baş müəllim Vəliyəddin Müsəllimov, baş müəllim Natiq Hacızadə, baş müəllim Gülsüm Kazımova, baş müəllim Gülnarə Məmmədova, tələbələrdən Qumral Aslanlı, İlahə Abdullayeva, Bilqeys Fətullayeva müəllim hazırlığında pedaqoji təcrübənin əhəmiyyətindən, təşkili və keçirilməsindən, tələbələrin sınaq dərslərinə hazırlaşması, dərsin müşahidəsi və təhlilindən danışıblar.

 

1 ... 283 284 285 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.017344

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)