Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Ağcabədi Filialında “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilmişdir
ADPU-nun Ağcabədi Filialında “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilmişdir
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH), rayon prokurorluğu, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin 2017-ci il üçün birgə razılaşdırılmış tədbirlər planına əsasən “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilmişdir.

 

Tədbirin iştirakçıları filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti olmuşdur. Filialın direktoru, dosent Mətanət Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində dövlət tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verdikdən sonra sözü Ağcabədi RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayevə verdi. N.Mustafayeva gənclərin elmi dünyagörüşünün formalaşmasında, zərərli dini cərəyanlara qoşulmalarının qarşısının alınmasında və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında bu mövzunun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra məruzə üçün söz Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verildi. S.Səmədov İslam dininin əsl dəyərlərini və fəlsəfəsini izah etdikdən sonra vəhhabilik, nurçuluq, yahova şahidləri, nəqşibəndilik və digər radikal dini təriqətlərin dövlətçiliyə və insanların həyatı üçün təhlükəli olması və İslam dəyərlərinə uyğun olmaması ilə bağlı məlumat verdi. Məruzə ətrafında DTX-nin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, DQİDK-nin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, tarixçi alim, dosent M.Hüseynov və filialın müxtəlif kurslarında təhsil alan tələbələr çıxış etdilər. Tədbirdə tələbələr tərəfindən verilmiş suallar da hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən cavablandırıldı. Sonda filialın direktoru, dosent M.Fərzəliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi və belə tədbirlərin filialın pedaqoji kollektivi ilə tez-tez təşkil olunmasını arzuladı.

 

1 ... 284 285 286 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007543

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)