Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-da “Twinning” layihəsi çərçivəsində nəticələrin təhlili üzrə seminar keçirilib
ADPU-da “Twinning” layihəsi çərçivəsində nəticələrin təhlili üzrə seminar keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində nəticələrin təhlili üzrə seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Təhsil Nazirliyinin əməkdaşları, Finlandiyadan və Estoniyadan olan ali təhsil ekspertləri iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün universitetin həyatında mühüm bir gündür. Belə ki, “Twinning” layihəsi çərçivəsində ADPU üzrə qiymətləndirmənin yekun nəticələri açıqlanacaq. “Twinning” layihəsi universitetimizin ümumi inkişaf prosesinə böyük təkan verəcək. Rektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin bütün iştirakçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.

“Twinning” layihəsinin rəhbəri Heli Mattisen və layihə rəhbəri Helka Kekalainen çıxış edərək bildiriblər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Twinning” layihəsi Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (AATM) tələblərinə  daha da uyğunlaşdırılması məqsədi ilə Təhsil Nazirliyinə dəstək verən  bir layihədir. Layihənin hədəfi AATM-ə inteqrasiyanı gücləndirməklə Azərbaycanın ali təhsil sisteminin inkişafına nail olmaq, məqsədi isə Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin institusional potensialını artırmaqdır. Layihə çərçivəsində ali təhsil sahəsində cari vəziyyət araşdırılıb, ali təhsil müəssisələrindən 550 nəfər müəllim, rəhbər şəxs və eləcə də Təhsil Nazirliyini təmsil edən təhsil mütəxəssisləri seminar və təlimlərə cəlb olunublar. Təlimlər keyfiyyət təminatı sahəsində bilik və bacarıqların artırılması və təlim nəticələrinin qiymətləndirilməsini əhatə edib. 2016-cı ilin iyun ayında Finlandiyanın Helsinki və Estoniyanın Tallin şəhərlərinə edilmiş bir həftəlik səfər azərbaycanlı mütəxəssislər üçün keyfiyyət təminatı sahəsində təşkil olunan təlimlərin bir hissəsi hesab oluna bilər. Layihə çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Layihə çərçivəsində uğurlu nəticələr əldə edilib. Ötən ilin payızında özünüqiymətləndirmənin həyata keçirilməsi məqsədi ilə layihə tərəfindən pilot universitetlər üçün təlimlər təşkil olunub. Bu ilin payızında azərbaycanlı və avropalı mütəxəssislərdən təşkil olunmuş qiymətləndirmə qrupları AzST adlı sənəd layihəsinə əsəaslanaraq sınaq qiymətləndirmələr həyata keçirəcəklər. Pilot universitetlərdə aparılan qiymətləndirmə təcrübəsinə əsaslanaraq fin, eston və azərbaycanlı  mütəxəssislər tərəfindən Azərbaycanın Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlarla bağlı  yekun tövsiyələr işlənib hazırlanacaq.

Seminarda beynəlxalq qiymətləndirmə qrupunun üzvü Hannu Apajalahti slaydlar vasitəsilə ADPU üzrə qiymətləndirmənin əsas nəticələrinin təqdimatı ilə çıxış edib. Bildirib ki, ADPU-nun Özünüqiymətləndirmə hesabatı tələbkarlıqla, yüksək səviyyədə  hazırlanıb, reallığa və mövcud vəziyyətə uyğundur, universitetin hədəfləri və vəzifələri burada öz əksini tapıb. ADPU rəhbərliyinin universitetin inkişaf strategiyası ilə bağlı qətiyyətli mövqeyi var və bu strategiyanı həyata keçirmək üçün ardıcıl və səmərəli fəaliyyət göstərir. Universitetin professor-müəllim heyəti və tələbə kollektivi dəyişikliklərə hazırdır. Xarici ali təhsil ekspertləri ADPU-nun müasir tələblərə uyğun fəaliyyət göstərməsi, idarəetmənin optimallaşdırılması, universitetin inkişaf strategiyasının prioritetlər əsasında hazırlanması, Elmi Şuranın fəaliyyətinin təkmilləşdirilməsi, tədris və elmi-tədqiqat sahələrinin yeni çağırışlara uyğun qurulması, tələbələrin bilik və bacarıqlarının artırılması, gənc mütəxəssislərin işə cəlb edilməsi, insan resurslarının inkişaf etdirilməsi, təhsil proqramlarının dövlət standartlarına uyğun hazırlanması, bu proqramların müntəzəm olaraq yenilənməsi, tələbələrin fikir və təkliflərinin nəzərə alınması, pedaqoji təcrübənin səmərəli təşkili, elektron kitabxanaya çıxış imkanlarının təmin edilməsi, təhsilin beynəlmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici tələbə mübadilə proqramlarında iştirak edilməsi, universitetdə karyerə mərkəzinin yaradılması, məzunlarla işin gücləndirilməsi və digər vacib məqamlarla bağlı öz tövsiyələrini veriblər.

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxışında Özünüqiymətləndirmə hesabatının müşahidə, müzakirə və təhlillərə əsasən hazırlandığını bildirib. Dosent S.Əliyev xarici ali təhsil ekspertlərinin rəy və təklifləri nəzərə alınmaqla ADPU-nun müasir səviyyədə fəaliyyət göstərməsi üçün yeni Nizamnaməsinin qəbul ediləcəyini, konkret məqsəd və vəzifələri özündə ehtiva edən yeni inkişaf strategiyasının hazırlanacağını, yeni tədris ili üçün tamamilə yeni strukturun yaradılacağını, çevik və səmərəli idarəetmə mexanizminin qurulacağını, tədris prosesinin təşkilinin təkmilləşdiriləcəyini, Himayədarlar Şurasının formalaşdırılacağını, Tələbələrlə iş şöbəsinin fəaliyyətinin genişləndiriləcəyini, Məzunlarla iş şöbəsinin yaradılacağını, universitetin İKT imkanlarının yaxşılaşdırılacağını, elmi-tədqiqat laboratoriyaların dövlət sifarişli qrantlar əsasında fəaliyyət göstərəcəyini, beynəlxalq əlaqələrin gücləndiriləcəyini, professor-müəllim və tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Seminarda səmərəli müzakirə aparılıb, maraqlı və dəyərli fikirlər səsləndirilib.

Sonda rektor Cəfər Cəfərov vurğulayıb ki, layihə iştirakçılarının rəy və təklifləri nəzərə alınacaq, bu rəy və təkliflər universitetin kollektivi üçün strateji yol xəritəsi rolunu oynayacaq.

1 ... 289 290 291 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.024841

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)