Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun Ağcabədi Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XI konfransı keçirildi
ADPU-nun Ağcabədi Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XI konfransı keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XI konfransı keçirildi. Konfransda filialın professor-müəllim heyəti, elmi-tədqiqat işinə cəlb olunmuş tələbələr iştirak edirdilər.

 

Filialın Akt zalında baş tutan konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. Konfransın Təşkilat Komitəsinin sədri, filialın direktoru, dosent Mətanət Fərzəliyeva giriş sözü ilə çıxış edərək bildirdi ki, son günlər filialımızda ulu öndərimiz  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Bu gün keçirdiyimiz tədbir də həmin silsiləyə daxildir. Dosent M. Fərzəliyeva qeyd etdi ki, Ümummilli Liderimiz həmişə təhsilə, elmə yüksək dəyər vermiş, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasını vacib bilmişdir. Odur ki, biz də TEC-in yekun konfransını Ulu Öndərimizin anadan olmasının 94-cü ildönümünə həsr olunmasını məqsədəuyğun hesab etmişik.

Direktor tələbələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, bilik və bacarıqlara dərindən yiyələnmələrini tövsiyə etdi və konfrans iştirakçılarına uğurlar arzuladı.

Tədris və elmi işlər üzrə direktor müavini, dosent  Seymur Süleymanov  çıxışında ümummilli lider Heydər Əliyev haqqında danışaraq, Onun Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərinin olduğunu, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdiyini vurğulayıb. O, Heydər Əliyevin Azərbaycanın təhsil və mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açaraq, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini deyib.  Filialda gənclərin apardıqları elmi-tədqiqat işlərinin həm elmi, həm yaradıcı istiqamətdə aparılması barədə məlumat verdi. TEC-in fəaliyyətinin daha səmərəli qurulmasının filialda  tələbələrin elmi fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirdi. Qeyd etdi ki, filialda TEC-in sıralarında yaradıcılıq  axtarışlarına maraq göstərən tələbə-gənclər elmi-tədqiqat işləri sahəsində ilk addımlarını atırlar.

TEC-in sədri   Anar Əliyev çıxış edərək bildirdi ki, filialda TEC sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda TEC istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. TEC tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir. O, TEC-in böyük və zəngin tarixə malik olduğunu  bildirdi. Qeyd etdi ki, TEC-in məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək,  onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in XI elmi konfransı mühüm əhəmiyyət kəsb edir.

         Plenar iclasda tələbələr slayd vasitəsi ilə məruzələrini təqdim etdilər.

Sonra konfrans öz işini 4  bölmədə-Riyaziyyat,informatika  və fizika, Tarix və coğrafiya, Filologiya, Pedaqogika, Psixologiya, Musiqi, təsviri incəsənət və fiziki tərbiyə bölmələrində davam etdirdi. Bütövlükdə bölmələrdə 56  məruzə dinlənildi. Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənildi. Konfransda I, II və III yerlər olmaqla qaliblər mükafatlandırıldı.

1 ... 292 293 294 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.023026

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)