Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
ADPU-nun nəzdində ADPK-də dini radikalizmlə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib
ADPU-nun nəzdində ADPK-də dini radikalizmlə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici xarakterli seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, kollecin müəllim-tələbə heyəti iştirak edib. Tədbirdə ilk olaraq DQİDK-nın sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

 

Filmin nümayişindən sonra çıxış edən kollecin direktoru Q.Novruzov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Natiq qeyd edib ki, radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi də dini maarifləndirmə sahəsində önəmli rola malikdir. Kollec direktoru tələbələrə radikal dini təsirlərə düşməmək və zərərli dini cərəyanlara qoşulmamaq üçün daha ayıq-sayıq olmağı tövsiyə edib.

DQİDK-nın sədr müavini S.Heydərov çıxışında dini radikalizmin yaranma  səbəbləri və onun fəsadlarından bəhs edib. S.Heydərov Yaxın Şərqdə gedən proseslərə nəzər salaraq, dünyada aparıcı güclərin geosiyasi maraqlarını təmin etmələri üçün din amilindən istifadə etdiklərini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, bəzi qüvvələr sülh dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. S.Heydərovun sözlərinə görə, bəzi  dairələr tərəfindən radikalyönümlü dini cərəyanların Azərbaycanda yayılmasına cəhdlər edilir. Lakin ölkəmizin müvafiq qurumları tərəfindən bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır. DQİDK-nın sədr müavini bu baxımdan gələcəyin müəllimləri olan tələbələrin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların dini radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb. O, tələbələri daha məsuliyyətli və diqqətli olmağa çağırıb. S.Heydərov onu da vurğulayıb ki, gənclər yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər. S.Heydərov, eyni zamanda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən və dövlət-din münasibələrindən danışıb.

 

1 ... 295 296 297 ... 401

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010428

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)