Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun əməkdaşları və tələbələri “Enactus Azərbaycan-2017” layihəsi çərçivəsində keçirilən Biznes Forumda və XII Milli Yarışda iştirak ediblər
ADPU-nun əməkdaşları və tələbələri “Enactus Azərbaycan-2017” layihəsi çərçivəsində keçirilən Biznes Forumda və XII Milli Yarışda iştirak ediblər
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bu il də ənənəvi olaraq Biznes Forum və XII Milli Yarış keçirilib. Məlumat üçün bildirək ki, yarışın qalibi “Enactus” proqramının bu ilin sentyabr ayında Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək dünya birinciliyinin final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.

 

“Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir. Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi “Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir. “Enactus Azərbaycan-2017” layihəsi çərçivəsində keçirilən Biznes Forumda və XII Milli Yarışda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilarlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun nümayəndələri, həmçinin ölkəmizin öndə gedən şirkətləri və bankları iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri də bu tədbirdə iştirakçı kimi çıxış ediblər. Tələbə-gənclərimiz tədbirdə fəal iştirak etdiklərinə və gözəl layihə hazırladıqlarına görə mükafata layiq görülüblər. Tədbirdə fəal iştirak etdiklərinə görə Fizika və texnologiya fakültəsinin tələbələri Sevinc Ağayevaya, Rəbiyyə Nəbiyevaya, Nigar Axundovaya, Filologiya fakültəsinin tələbəsi Lalə Salıyevaya , Tarix və cografiya fakültəsinin tələbələri Nərgiz Məmmədovaya, Həsən Xələfova, Tahir Cabbarlıya , Kimya və biologiya fakültəsinin tələbəsi Cavid Bəşirliyə təşəkkür edirik. Onu da qeyd edək ki, komandaya universitetimizin Kimya və biologiya fakültəsinin “Koordinasion birləşmələr” elmi-tədqiqat laboratoriyasının müdiri Nazənin Novruzova, Elm və innovasiyalar şöbəsinin mütəxəssisi Ülviyyə Bayramlı rəhbərlik ediblər.

 

1 ... 296 297 298 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007907

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)