Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Quba Filialında yaz semestrinin imtahan sessiyası
ADPU-nun Quba Filialında yaz semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 2016-2017-ci il tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq semestrin əvvəlindən başlanılmışdır. Belə ki, semestrin əvvəlindən elektron formada təqdim olunan mühazirələr, sillabuslar, obyektiv və ciddi keçirilən seminarlar, sərbəst işlərin yazılması prosesi, tədris işçilərinin məsuliyyəti, biliyin yeganə meyar olması bu işdə mühüm rol oynayır. Bu da tələbələrin imtahanaqədərki bilik səviyyəsinin yüksəldilməsində və imtahan dövründəki nəticələrində xüsusi rol oynayır.

 

ADPU-nun Quba Filialında hazırda 6 ixtisas üzrə tələbələr yaz semestrinin imtahan sessiyasına buraxılmışdır. Filialda hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar “Yaz imtahan sessiyasının mütəşəkkil keçirilməsi haqqında”, “Münaqişə komissiyasının yaradılması haqqında”, “Yaz imtahan sessiyasına görə imtahan komissiyasının yaradılması haqqında”, “ İmtahan Qərargahının yaradılması haqqında” və “Nəzarətçi-koordinatorların təyin olunması haqqında” daxili əmrlər verilmiş, imtahan sessiyasının keçirilməsində Təhsil Nazirliyinin qüvvədə olan Əsasnamələri, təlimatları, əmr və göstərişləri nəzərə alınmışdır. Filialın kollektivi tələbələrin ixtisaslara mükəmməl yiyələnmələri və onların gələcəkdə əsl mütəxəssis kimi yetişmələri üçün əllərindən gələni əsirgəmir. Bu səbəbdən də tədris məşğələlərində, imtahan sessiyalarında onların biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi başlıca meyar hesab edilir. İmtahanlar tədris planlarına əsasən rəhbərlik tərəfindən təsdiq olunmuş cədvəl əsasında keçirilir. Hər imtahandan qabaq cədvələ əsasən məsləhət saatı keçirilir, tələbələrin məsləhət saatlarında iştirakları təmin edilir və dərs jurnalında qeyd olunur. İmtahan müddətində valideynlər üçün “Açıq qapı” elan edilir, bu da valideynlərdə imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir. İmtahan sessiyasının yeni başlamasına baxmayraq, artıq bir neçə valideyn imtahanın gedişini izləmiş və imtahan haqqında öz fikirlərini filialın “Rəy və təkliflər ” kitabına yazmışlar. Hər gün rəhbərliyin bilavasitə iştirakı ilə keçirilən iclasda koordinatorlar seçilir, onlara məsləhətlər verilir, tələbələrlə davranarkən etik qaydalara xüsusi əməl etməyin vacibliyi vurğulanır, imtahan zamanı davranış qaydalarına əməl etməyən və üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələrin imtahandan protokollaşdırılaraq kənarlaşdırılması, onların imtahan cavablarının ləğv edilməsi ilə bağlı qərar bir daha diqqətə çatdırılır. İmtahanlarda obyektivliyin təmin edilməsi məqsədilə kafedralar imtahan işlərinin həmin gün yoxlanmasını təmin edir, cavablar dekanlıq tərəfindən tələbələrin nəzərinə çatdırılır. İmtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində filial rəhbərliyinin göstərişlərinə tam əməl olunur.

 

1 ... 298 299 300 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007179

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)