Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-3.htm
ADPU-da payız semestrinin imtahan sessiyası davam edir
ADPU-da payız semestrinin imtahan sessiyası davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbər verdiyimiz kimi, yanvar ayının 5-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması universitet rəhbərliyinin diqqət mərkəzindədir.

 

Məlumat üçün bildirək ki, bu gün təxminən 1800 nəfər tələbənin yazılı qaydada, 1300 nəfər tələbənin isə VTS-TEST sistemi üzrə imtahan verməsi nəzərdə tutulur. Bugünədək İmtahan qərargahına 6 nəfər tələbə müraciət edib, onların müraciətləri qanun çərçivəsində çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilir. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir. Bütövlükdə Redaqoji Universitetdə imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft