Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib
ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə universitetin Böyük Akt zalında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib.

 

Tədbirdə ADPU-nun rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Mirkazım Seyidov,  “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə 15 İyun-Milli Qurtuluş Gününü əks etdirən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən DQİDK-nin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında-90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin süquta uğraması nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğuna Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüz, eyni zamanda siyasi cəhətdən səriştəsiz, idarəçilik və dövlətçilik sahəsində heç bir təcrübəsi olmayan şəxslərin hakimiyyətdə təmsil olunmaları mane olurdu. Həmin dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan təcrübəsiz və bacarıqsız şəxslər ölkədəki və dünyadakı siyasi vəziyyəti düzgün təhlil etməyi, dövlətin qarşısında dayanan strateji vəzifələri müəyyən edib həyata keçirməyi bacarmırdılar. Buna görə də 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə hərc-mərclik, fəlakətli bir dövr kimi daxil olmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin xalqın böyük istəyi və inadlı tələbi ilə yenidən respublikamızda hakimiyyətə qayıtması Azərbaycanı siyasi-iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Azərbaycanda daxili ictimai-siyasi sabitlik təmin edildi, ölkəmiz tərəqqi və inkişaf yoluna çıxdı. 15 İyun-Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin vaxtdan xalqımız 15 İyunu əlamətdar bir tarixi gün kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirməsi ölkəmizin böyük uğurlar qazanmasını təmin etmişdir.

Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, xalqımız XX əsrdə iki dəfə öz dövlət müstəqilliyini əldə edib. Lakin XX əsrin əvvəllərində qazandığımız müstəqilliyi qoruyub saxlaya bilməmişik. XX əsrin sonlarında isə yalnız xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin qətiyyəti, iradəsi, fədakarlığı, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib. Məhz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi nəticəsində iqtisadi inkişafımızın əsasını qoyan “Əsrin müqaviləsi” imzalanıb, Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilib, ölkəmiz sürətli inkişaf yoluna çıxıb. Hazırda bu inkişaf Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyətdə uğurla davam edir.

“Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında ulu öndər Heydər Əliyevin “Müstəqilliyin qazanılması nə qədər çətindirsə, onun qorunması daha da çətindir” müdrik fikrini xatırladıb. Qeyd edib ki, dahi öndər Heydər Əliyevin həyat və fəaliyyəti bu fikrin təsdiqi baxımından böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmiş, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilmişdir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında tədbirin rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsinə görə YAP-ın və “Səs” Media Qrupunun rəhbərliyinə, eləcə də millət vəkillərinə təşəkkür edib. Rektor bildirib ki, tariximizin gənclərə dərindən öyrədilməsi baxımından bugünkü tədbir mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müasir dövrün qarşıya qoyduğu hədəf və tələblərə uyğun inkişaf edir. Ölkəmizdə bütün sahələrə olduğu kimi, elm və təhsilin inkişafına da böyük qayğı və diqqət var. ADPU respublikaımızın ali təhsil sistemində öz xüsusi yeri və mövqeyi ilə seçilir. ADPU-da həyata keçirilən struktur islahatlarından, təhsilin məzmununun yeniləşməsi sahəsində atılan ciddi addımlardan danışan rektor bildirib ki, universitetin kollektivi öz strateji hədəflərinə çatmaq üçün əzmlə çalışır.

Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Əhməd Ağababayev çıxış edərək bildirib ki, 15 İyun- Milli Qurtuluş Günü tariximizə böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir gün kimi daxil olub. Biz tələbə-gənclər yaxşı oxumalı, bilik və bacarıqlara mükəmməl  yiyələnməli, müstəqil ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssis və əsl vətəndaş kimi yetişməliyik.

 

1 ... 300 301 302 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015034

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)