Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Şamaxı Filialında yaz semestrinin imtahan sessiyası
ADPU-nun Şamaxı Filialında yaz semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr şöbəsi
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçrilmişdir.

 

Müasir dövrdə təhsil sahəsində islahatlar ulu öndər Heydər Əliyevin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu nöqteyi-nəzərdən təhsil prosesinin yenidən qurulmasının qarşısında təlim-tərbiyənin keyfiyyətini müasir tələblər səviyyəsinə çatdirmaq vəzifəsi durur. Bu proseslər özünü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının fəaliyyətində də göstərir. Hazirda filialda yaz semestrinin imtahan sessiyası gedir.

İmtahan sessiyası Təhsil naziri cənab Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmri və ADPU-nun normativ sənədləri əsasında təşkil olunmuşdur. İmtahan sessiyasında 5 ixtisas üzrə 538 nəfər tələbə 17 qrupda 97 imtahanda iştirak edirlər. IV və V tədris ili tələbələri Dövlət imtahanı və buraxılış işlərinin müdafiəsi ərəfəsindədirlər. Qeyd edək ki, imtahan sessiyasıdan 1 ay öncə imtahan sualları hazırlanaraq tələbələrə təqdim edilmişdir. Hər üç kafedrada imtahanlarla bağlı məsləhət saatları cədvəl üzrə hazırlanmış və elanlar lövhəsindən asılmışdır. Tələbələrin məsləhət saatlarında iştirakı təmin edilir. 

İmtahan cədvəlləri (məsləhət saatları qeyd olunmaqla) may ayının sonunadək təsdiq edilmək üçün direktorluğa təqdim olunmuş və elanlar lövhəsindən asılması təmin edilmişdir. Hər bir fənn üzrə auditoriya dərslərinin 25%-dən çoxunda iştirak etməyən (səbəbindən aslı olmayaraq) tələbələr müəyyənləşdirilmiş, əmrləşdirilərək həmin tələbələrin nəzərinə çatdırılmışdır.

İmtahanlar yazılı formada keçirilir, saat 900-da başlanır və 2 saat davam edir.  İmtahanların vaxtında başlanması üçün tələbələrin saat 830-da imtahan zalının qarşısında olmaları tələb olunur. Hər tələbəyə imtahan cavabını yazmaq üçün bir qoşa vərəq və kod vərəqi ayrılır. İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə ictamiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakıına şərait yaradılmışdır. Bu məqsədlə “Açıq qapı  günləri” təyin edilmişdir.

İmtahan zamanı davranış qaydalarına əməl etməyən və üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr dərhal imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir.

İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir və təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılaraq qiymətləndirilir. Yoxlanılmış imtahanların qiymətləri həmin gün tələbələrə elan olunur. Günün sonuna qədər bütün imtahanların nəticəsi eyni zamanda elanlar lövhəsində də  yerləşdirilir.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialın II mərtəbəsində, 202-ci otaqda (əlaqə telefonu: 020-26-9-64-00) Münaqişə Komissiyası fəaliyyət göstərir.  Tələbə imtahanın nəticəsindən narazı qaldıqda nəticələr elan olunduğu gün filialın Münaqişə Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir.

Filialda imtahanların şəffaf, obyektiv təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə İmtahan Qərargahı yaradılmışdır. İmtahan Qərargahı filialın tədris korpusunun birinci mərtəbəsində 102-ci otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-63-70). Qərargaha daxil olacaq hər bir ərizə və ya şikayətin  dərhal  direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır.

 İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunur. İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi diqqət mərkəzində saxlanılır.

 

1 ... 302 303 304 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007485

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)