Bu gün: 18 Noyabr 2017, Şənbə
ADPU-nun Şəki Filialında yaz semestrinin imtahan sessiyası davam edir
ADPU-nun Şəki Filialında yaz semestrinin imtahan sessiyası davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Şəki Filialında yaz semestrinin imtahan sessiyası davam edir. Hazırda filialda ali təhsilin bakalavriat pilləsində 8 ixtisas üzrə 1108 nəfər tələbə təhsil alır. Onlardan 363 nəfəri buraxılış kursunun tələbələridir. 745 nəfər I-III kurs tələbələri üçün isə iyunun 1-dən yaz imtahan sessiyası başlayıb. Sessiyanın mütəşəkkil təşkil olunması və uğurla başa çatması məqsədilə filialda hazırlıq işlərinə vaxtında başlanıb.

 

Elmi Şuranın 12 may 2017-ci il tarixli iclasında yaz imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub və müvafiq qərar qəbul edilib. Filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulovun müvafiq əmrləri ilə imtahanların təşkili və gedişinə nəzarət etmək üçün İmtahan Komissiyası, yarana biləcək münaqişə və şikayətləri həll etmək üçün Münaqişə Komissiyası, “Qaynar xətt Qərargahı”, imtahanların gedişinə nəzarət edəcək koordinatorlar qrupu yaradılıb və bunlar haqqında tələbələrə məlumat verilib. İmtahan cədvəlləri tərtib olunarkən tələbələrin arzu və istəkləri nəzərə alınıb. Qeyd edək ki, yaz semestrinin imtahan sessiyasında iştirak edən 745 nəfər tələbədən 642 nəfəri Şəki,103 nəfəri isə Zaqatala şəhərində təhsil alır. İmtahanlar bir qayda olaraq, səhər saat 9:00-da başlanır və 2 saat davam edir. Tələbələrin imtahana qədər topladıqları ballar hesablanıb, elanlar lövhəsinə vurulub. Filialda kafedralarda imtahanqabağı məsləhət saatlarının qrafiki hazırlanaraq təsdiq edilib. Həmin qrafik əsasında keçirilən məsləhət saatlarında tələbələrin çətinlik çəkdikləri suallar izah edilir və aydınlıq gətirilir. Filialın direktoru imtahanların gedişini, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini daim nəzarətdə saxlayır. Filialda tələbələrin sessiya ilə bağlı arzu və təkliflərini bildirmələri üçün “Rəy və təkliflər qutusu” yaradılıb, valideynlər və ictimaiyyət üçün “Açıq qapı” elan olunub. İndiyədək Münaqişə Komissiyasına 6 müraciət daxil olub, tələbələrin imtahan nəticələrinə komissiya tərəfindən yenidən baxılıb və müvafiq qərarlar qəbul edilib. İmtahan sessiyası iyul ayının 5-dək davam edəcək.

 

1 ... 303 304 305 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.021156

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)