Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Ağcabədi Filialında yaz semestrinin imtahan sessiyası davam edir
ADPU-nun Ağcabədi Filialında yaz semestrinin imtahan sessiyası davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialı dövlətin diqqət və qayğısı sayəsində yüksəkixtisaslı müəllim kadrları hazırlayan ali təhsil müəssisəsidir. Geniş maddi-texniki bazaya, elmi-pedaqoji potensiala malik bu ali təhsil müəsssisəsi pedaqoji kadrların hazırlanması sahəsində mühüm addımlar atır. Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinin tövsiyələrini, əmr və sərəncamını əldə rəhbər tutaraq vətənpərvər, bilikli və savadlı müəllim kadrlarının hazırlanmasında elmini, qüvvə və bacarığını əsirgəmir. Son illərdə filialın fəaliyyətində dönüş yaranıb, kollektivdə nizam-intizam güclənib, tədris prosesində tələbkarlıq xeyli artıb. Filialda tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi daim diqqət mərkəzində saxlanılır. Tədris məşğələlərində, imtahan sessiyalarında tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi başlıca meyar hesab edilir.

 

Filialının Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə”, “İbtidai sini müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika nüəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarında 566 nəfər tələbə təhsil alır. Onlardan 555 nəfəri əyani, 11 nəfəri isə qiyabi şöbədə təhsil alır. 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əyani şöbədə I-II və III tədris ili tələbələrindən 420 nəfər imtahanlara buraxılmışdır. Tədris planlarında 105 imtahan nəzərdə tutulmuşdur. Filialda yaz semestrinin imtahan sessiyası “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” Təhsil Nazirliyinin və ADPU-nun əmrlərinə uyğun olaraq keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə filialda bir sıra tədbirlər həyata keçirilir. İmtahan nəticələrinin vaxtında və düzgün yoxlanması üçün kafedralar üzrə fənn komissiyaları yaradılmış, imtahanların keçirilməsinə nəzarəti gücləndirmək məqsədilə imtahan rəhbəri və qeyri-ixtisas müəllimlərindən və fəal tələbələrdən nəzarətçilər təyin edilmişdir. İmtahan müddətində daxil olan şikayətlərin çevik və obyektiv həll edilməsini təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılmışdır. Həmçinin imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin çevik və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası fəaliyyət göstərir. İmtahan Qərargahının və Münaqişə Komissiyasının əlaqə nömrələri elanlar lövhəsindən asılmışdır. Rəy və təkliflər qutusu hazırlanaraq filialın I mərtəbəsində qoyulmuşdur. Tələbələr sessiyanın gedişi ilə bağlı fikirlərini rəy və təkliflər kitabına könüllü olaraq yaza bilirlər. İmtahanqabağı məsləhət saatlarının cədvəli elanlar lövhəsindən asılıb. İmtahanlar xüsusi olaraq ayrılmış auditoriyalarda keçirilir. İmtahanları müşahidə etmək məqsədilə otaqlarda kamera quraşdırılıb. İmtahan otaqlarında müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr ayrı-ayrı fənlər üzrə yazılı imtahan verir, bir-birinə mane olmur və köçürməyə şərait yaradılmır. İmtahan başa çatdıqdan sonra nəticələr kodlaşdırlır, ixtisas müəllimləri tərəfindən yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən imtahan nəticələri barədə tələbələrə həmin gün müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. Filialda ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılır. Sevindirici haldır ki, valideynlər imtahanların şəffaf və obyektiv keçirildiyinin bilavasitə şahidi olurlar. Yaz semestrinin imtahan sessiyasının gedişindən razı qaldıqlarını qeyd edir, filialın rəhbərliyinə, bütün əməkdaşlarına imtahanların təşkili və gedişi ilə əlaqədar təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.

 

1 ... 304 305 306 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007649

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)