Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Cəlilabad Filialında yaz semestrinin imtahan sessiyası davam edir
ADPU-nun Cəlilabad Filialında yaz semestrinin imtahan sessiyası davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialı dövlət təhsil siyasətinin həyata keçirilməsində ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq uğurlu addımlar atır. Filialda müasir dövrün tələbləri səviyyəsində mütəxəssislərin hazırlanması, təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Filialda “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə 335 nəfər tələbə təhsil alır, onlardan 22 nəfəri “İbtidai sinif müəllimliyi” ixtisasi üzrə qiyabi şöbənin tələbəsidir.

 

Filialda yaz semestrinin imtahan sessiyası “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” Təhsil Nazirliyinin və ADPU-nun əmrlərinə uyğun olaraq keçirilir. Qüvvədə olan tədris planlarına müvafıq olaraq yaz semestrinin imtahan sessiyasına 56 fənn çıxarılmışdır. İmtahan sessiyası ilə əlaqədar olaraq filialda geniş tədbirlər planı hazırlanmışdır. İmtahan sessiyası ilə bağlı professor-müəllim və tələbələrlə geniş iclas keçirilmişdir. Filialda İmtahan Komissiyası, sessiya müddətində daxil olacaq şikayətlərin çevik şəkildə araşdırılmasını təmin etmək məqsədilə İmtahan Qərargahı, imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin çevik və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası yaradılmış və imtahanların aparılması üçün koordinatorlar təyin edilmişdir. Rəy və təkliflər qutusu hazırlanaraq filialın I mərtəbəsinin dəhlizində yerləşdirilmişdir. İmtahanları müşahidə etmək məqsədilə imtahan otaqlarında xüsusi kamera quraşdırılmışdır. İmtahan dövründə filialın kompüter mərkəzlərinin, kitabxana, oxu zalı və yeməkxanasının fasiləsiz işləməsi təmin edilmişdir. İmtahan başa çatdıqdan sonra nəticələr ixtisas müəllimləri tərəfindən həmin gün obyektiv şəkildə yoxlanılaraq qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. Sessiya müddətində fililda “Açıq qapı” prinsipini əsas tutaraq ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin imtahanlarda iştirakına lazımi şərait yaradılır. İmtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirilməsi üçün filialın bütün potensial imkanlarından istifadə edilir.

 

1 ... 307 308 309 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007951

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)