Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-da “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib
ADPU-da “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bugünkü konfrans universitetin keçirdiyi respublika və beynəlxalq miqyaslı konfranslar silsiləsinə daxildir. Konfrans ADPU üçün mühüm və məsuliyyətli bir dövrdə keçirilir. Hazırda ADPU-da yaz semestrinin imtahan sessiyası davam edir. Eyni zamanda kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini  tutmaq üçün keçirilən müsabiqə, eləcə də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının 3 mərhələdən ibarət attestasiyası yekunlaşma mərhələsindədir. Şəffaf və obyektiv keçirilən müsabiqənin və attestasiyanın əsas məqsədi yüksək bilik və peşəkarlığa malik müəllimləri və mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə və attestasiya bizə daha yaxşı müəllimləri və mütəxəssisləri işə cəlb etmək imkanı verir və nəticə etibarilə qarşımıza qoyduğumuz məqsəd və hədəflərə yaxınlaşdırır. Son məqsədimiz, hədəfimiz isə ölkəmiz üçün yüksək səviyyəli müəllimlər hazırlamaqdır. Qeyd edib ki, ADPU yeni tədris ilinin əvvəlində 2 beynəlxalq elmi konfrans keçirəcəkdir. Rektor çıxışının sonunda konfrans iştirakçılarına müzakirələrdə fəal iştirak etməyi, ortaya əməli nəticələr qoymağı və bütövlükdə tədris prosesini müasir tələblərə uyğun qurmağa tövsiyə edərək konfransın işinə uğurlar arzulayıb.

Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, konfrans hazırda ADPU-da həyata keçirilən islahatlar, insan resurslarının inkişaf etdirilməsi sahəsində aparılan tədbirlərlə bir-birini tamamlayır. Mütəxəssis hazırlığının yüksəldilməsi ali təhsilin yeniləşməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tədris prosesinin təşkilində ən vacib məqamlardan biri müəllim hazırlığıdır. Eyni zamanda yeni, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması, dissertasiya mövzularının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin miqyasının daha da genişləndirilməsi bu işdə önəmli rol oynayır. Professor A.Zamanov çıxışının sonunda universitetdə müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək ola biləcək Müəllimlərin Müasirləşməsi Mərkəzinin yaradılmasını təklif edib.

İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək konfransın həm universitetin, həm də ölkəmizin elmi-mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək fənlərin tədrisi metodikasına səmərəli təsir edəcəyini vurğulayıb.

Sonra konfrans öz işini 3 elmi bölmədə-Riyaziyyat, informatika və təbiət elmləri, Humanitar və ictimai elmlər, Pedaqoji-psixoloji elmlər bölmələrində davam etdirib. Konfransda ümumilikdə 130 məruzə dinlənilib. Məruzələrdə fənlərin tədrisinin məqsəd və vəzifələri, mövcud vəziyyəti, aktual problemləri, imkan və perspektivləri, fənlərarası əlaqə, internet resurslarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə, xarici dillərin tədrisinə müasir yanaşmalar və innovativ metodlardan istifadə, müəllim-şagird, müəllim-valideyn  münasibətlərin humanistləşdirilməsi, şagird şəxsiyyətinin formalaşmasında səriştəli müəllim amili, tələbələrdə kreativ düşüncənin formalaşdırılması, ali təhsildə distant təhsilin həyata keçirilməsi üçün istifadə olunan texnologiyalar, təhsildə keyfiyyətin idarə olunmasında beynəlxalq təhsil tədqiqatlarının rolu, təlim prosesində yeni öyrənmə modelləri, mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi, pedaqoji təcrübə üçün innovativ sistemin yaradılmasının zəruriliyi, ali məktəbdə təhsilin məzmununa texnoloji yanaşmaların xüsusiyyətləri və digər mühüm məqamlar yüksək səviyyədə öz əksini tapıb. Bölmə iclaslarında məruzələr müzakirə edilib, maraqlı və dəyərli təkliflər irəli sürülüb.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.

 

1 ... 310 311 312 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.018909

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)