Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
Filologiya fakültəsi Elmi Şurasının iclası
Filologiya fakültəsi Elmi Şurasının iclası
Filologiya fakültəsi
İyunun 20-də Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir. Fakültənin dekanı, Elmi Şura sədri, professor Buludxan Xəlilov Filologiya fakültəsinin dosenti, şair-ədəbiyyatşünas Təranə Turan Rəhimlinin növbəti uğurundan danışdı, onun İtaliyada Beynəlxalq Ədəbiyyat və Kinematoqrafiya Müsabiqəsinin qalibi olduğunu qeyd etdi və ona böyük yaradıcılıq uğurları arzuladı.

 

Şura üzvlərinin nəzərinə çatdırıldı ki, aprelin 26-da İtaliyanın cənub bölgəsində Böyük Kalabriya inzibati ərazisinin Torre Melissa şəhərində keçirilən “VELİERO” Beynəlxalq Ədəbiyyat və Kinematoqrafiya Müsabiqəsində Azərbaycanı təmsil edən Təranə Turan Rəhimli “Sənə yazmadığım şeir” adlı şeiri ilə Poeziya bölməsi üzrə müsabiqə qalibi olmuşdur.

     Sonra professor Buludxan Xəlilov gündəlikdə duran ilk məsələ - seçkidə iştirak edən fənn müəllimlərinin dərslərinin dəyərləndirilməsi barədə məlumatla çıxış etmək üçün sözü fakültə Tədris-Metodiki Şurasının sədri, professor Zahid Xəlilə verdi. Professor Z.Xəlil Filologiya fakültəsi üzrə 21 yerə 102 ərizənin verildiyini, müzakirələrin obyektiv keçirildiyini, mütəxəssislərin, Tədris-Metodika Şura üzvlərinin məsuliyyətlə çalışdığını xüsusi vurğuladı və bütün əməkdaşlara təşəkkürünü bildirdi.

      Sonra IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekunlarına dair hesabatla dekan müavini, dosent Pəri Paşayeva çıxış etdi. Dosent P.Paşayeva  fevral ayının 15-dən  may ayının 31-nə  qədərki  bir dövrü əhatə edən pedaqoji təcrübənin  universitetlə müqaviləsi olan 95 və 138 nömrəli tam orta məktəblərdə uğurla keçdiyini, metodist və tələbələrin fəallığını xüsusi qeyd etdi. Məktəb rəhbərlərinin ayrı-ayrı tələbələri diplom və fəxri fərmanlarla təltif etdiyini, dekanlıq tərəfindən isə 13 tələbənin diplomla mükafatlandırıldığını bildirdi.

Professor B.Xəlilov pedaqoji təcrübədə fəal olan metodist müəllimlər və tələbələr barədə məktəblərdən gələn təşəkkür məktublarını Şura üzvlərinin nəzərinə çatdırdı. Sonda isə fakültə elmi katibi, dosent Sevinc Sadıxova Şura üzvlərini cari məsələlərlə tanış etdi. Cari məsələlərdə 1 nəfərin dissertasiya mövzusu və elmi rəhbəri təsdiq olundu, 5 əməkdaşın dərs vəsaiti və dərsliyi müzakirə olundu və onların çap olunması, 3 əməkdaşın kitablarının kitabxanaya alınması məqsədə­uyğun sayıldı.

 

1 ... 311 312 313 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.00811

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)